“erməni kilsəsi dünyanın müxtəlif siyasi mərkəzləri tərəfindən idarə olunur”

10:26 16-05-2024 | icon 253 | Siyasət
“erməni kilsəsi dünyanın müxtəlif siyasi mərkəzləri tərəfindən idarə olunur”

Aydın Quliyev: “Tarixən Ermənistanın işğalçılıq, qəsbikarlıq siyasətinin önündə kilsə gedib”

 

“Bu gün Ermənistanda revanşist, aqressiv hərəkatların önündə kilsənin getməsi təsadüfi deyil. Tarixən də Ermənistanın işğalçılıq, qəsbkarlıq siyasətinin önündə kilsə gedib. Bu qəsbkarlıq və torpaq iddiaları bütün tarixi dövrlərdə kilsənin rəhbərliyi ilə planlaşdırılıb”.

 

Versus.Az xəbər verir ki, bunu Ermənistanda start götürən kilsə siyasəti ilə bağlı açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.

 

Ekspert qeyd edib ki, Ermənistan dövlətinin, diasporasının antiAzərbaycan, antitürk siyasətindən öncə də bu prosesin önündə kilsə dayanıb. Onun sözlərinə görə, kilsə müxtəlif ölkələrdə erməni qiyamlarının, üsyanlarının, vətəndaş itaətsizliklərinin, yaşadıqları ölkələrdə mərkəzi hakimiyyətə qarşı mübarizə ideyasının əsas ilhamvericisidir:

 

“Hətta çar Rusiyasının özündə rus hakimiyyətinə qarşı müəyyən silahlı çıxışların hazırlanmasının mərkəzi məhz kilsə olub. Ona görə də XIX əsrin sonlarında Rusiyada kilsənin fəaliyyəti qadağan olunmuş, kilsələrdə məktəblər yığışdırılmışdı. Kilsələrdə aparılan axtarışlar zamanı Rusiya dövləti əleyhinə hazırlıq çərçivəsində silahlar, cəbhəxanalar aşkar olunmuşdu. Bu gün də Ermənistanda revanşist hərakatının önündə kilsənin getməsi məhz bu tarixi qaynaqlara söykənir”.

 

Bu prosesdə məqsədlərin açıq olduğunu deyən A.Quliyev bildirib ki, burada məqsəd Ermənistan baş nazirinin Azərbaycanla sülh sazişinə doğru atılan addımların qarşısını almaq, sülh müqaviləsini imzalanmaqdan çəkindirmək və müxtəlixf xarici oyunçuların əli ilə yenidən müharibə ocağı yaratmaqdan ibarətdir.

 

Ekspert erməni kilsəsinin dünyanın müxtəlif siyasi mərkəzləri tərəfindən idarə olunduğuna heç bir şübhə olmadığını deyib:

 

“Zaman-zaman kilsə Rusiya, Fransa, Amerika, Livan, Suriyadan idarə olunur. Uzaq hədəf Ermənistanda hakimiyyət dəyişikliyənə nail olaraq kilsənin idarə etdiyi şəxsləri hakimiyyətə gətirməkdir. Kilsə Ermənistanda hakimiyyət dəyişikliynə nail olub, özünün idarə üsülunu formalaşdırmaq istəyir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda