Qaqarinin ölümü barədə yeni VERSİYA

15:45 12-04-2021 | icon 2730 | Araşdırma
Qaqarinin ölümü barədə yeni VERSİYA

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin ölüm səbəbi təyyarəsinin şar-zondla (meteozond) toqquşması ola bilər.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə ehtimalı SSRİ-nin pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Volınov irəli sürüb.

 

Onun sözlərinə görə, Qaqarinin həlak olduğu aviaqəza barədə bir sıra versiyalar var və həqiqəti təsbit etmək çətindi. Ancaq bir versiyaya görə, təyyarə böyük sürətlə meteoroloji şar-pilota çırpılıb.

 

Kosmonavt həmçinin yüksək sürətdə şarı əvvəlcədən görməyin mümkün olmadığını da qeyd edib.

 

Onu da qeyd edək ki, Volınov ilk kosmonavt korpusunun tərkibində Qaqarinlə birlikdə uçuşlara hazırlaşıb.

 

Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarin 1968-ci il martın 27-də Rusiyanın Vladimir vilayəti Kirjaç rayonunun Novoselovo kəndi yaxınlığında MiG-15UTİ-nin sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. Təyyarədə onunla birlikdə pilot təlimatçı, alay komandiri Vladimir Sereqin də olub. Qəzanın dəqiq səbəbi hələ də müəyyənləşdirilməyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

Azərbaycanlı futbolçu xaricə köçdü

“Uşaq Avroviziya”nın QALİBİ

Axtarışda olan 92 nəfər SAXLANILDI

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM