Yeni mutasiyalar hansı simptomların dəyişməsinə səbəb olub?
London Kral Kollecinin tədqiqatçıları, koronavirusun yeni mutasiyalarının onun əsas simptomlarının dəyişməsinə səbəb olduğunu bildiriblər.
Bu barədə “Mirror” məlumat yayıb.
Onlar hesab edir ki, indiki halda xəstələrdə yüksək temperatur əvəzinə davamlı öskürək, dad və qoxu itkisi, baş ağrısı, burun axıntısı və boğaz ağrısına daha çox rast gəlinir.
Bu səbəbdən virus indi daha çox adi bir soyuqdəyməyə bənzəyir.
Bundan əvvəl amerikalı alimlər qoxu, dad və baş ağrısının xəstənin ölüm riskini böyük dərəcədə artıran nevroloji simptomlara aid edilməsini təklif etmişdilər.
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...