Fəlakətlər bitmək bilmir

07:29 18-06-2021 | icon 534 | Sağlamlıq
Fəlakətlər bitmək bilmir

COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.

 

Belə ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.

 

Bu barədə “Haber Global” xəbər verib.

“Yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.

 

Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.

 

Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.

 

Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...