Şiraz stadionunda qadınlar üçün dar ağacı

15:41 12-11-2021 | icon 6392 | Araşdırma
Şiraz stadionunda qadınlar üçün dar ağacı

Bəhai ailəsində dünyaya göz açmışdı. Adı Mona, soyadı Mahmudnizad idi. Şiraz şəhərinin Mərkəzi stadionunda camaat qarşısında boynuna kəndir keçiriləndə 18 yaşı hələ tamam olmamışdı. Rəfiqələri deyir ki, ona bu yaşı da vermək olmazdı. Gülərüz və olduqca mehriban idi, mənsum baxışları var idi. Güləndə yanaqlarında oyuqlar əmələ gələrdi. Onda daha çox uşağa oxşayardı. Hamının sevimlisi idi. Uşaqları çox sevirdi.

 

1983-cü il sentyabr 18-də İran İslam Respublikasının İnqilab məhkəməsinin qərarı ilə Mona da daxil olmaqla 10 bəhai qadın Şiraz stadionlarının birində insanlar qarşısında dar ağacından asılmaqla edam edildilər.

 

Həyatı və edam olunması

Mona 1965-ci il 10 sentyabr tarixində Yəmənin paytaxtı Səna şəhərində Yadulla və Fəxrundə Mahmudnizadın ailəsində anadan olmuşdur. Bu ailə əslən İrandan idi. 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici vətəndaşların deportasiya edilməsi ilə əlaqədar olaraq Mahmudnizadlar ailəsi İrana qayıtdılar. Onlar əvvəlcə iki ay İsfahanda, altı ay Kirmanşahda, üç il Təbrizdə yaşadıqdan sonra 1974-cü ildə Şiraz şəhərinə köçüb, orada birdəfəlik məskunlaşırlar.

 

İslam inqilabından sonra bəhai icmasının zəiflədilməsi və sonda məhv edilməsi İran hökumətinin daxili siyasətinin prioritet istiqamətlərindən biri idi. İran dövlətinin rəsmi siyasətinə görə ölkədə yaşayan 500 min bəhai dindən çıxmış, azmış kəsim sayılırdı. Bu dövlətin mövcud olduğu 42 il ərzində yüzlərlə bəhai öldürülmüş və ya edam edilmiş, minlərlə insan zindana atılmış, on minlərlə insan işdən və təhsil müəssisələrindən qovulmuş və başqa hüquqlardan məhrum edilmiş, ölkəni tərk etmək məcburiyyətində qalmışlar.

 

Qacarlar və Pəhləvilər dönəmində ölkədə yaşayan bəhailərin vəziyyəti ağır olsa da, onların məhv edilməsinə yönəlmiş sistemli fəaliyyət yox idi. 1979-cu il İran İslam inqilabından sonra  dövlət səviyyəsində bəhailərə qarşı amansız mübarizə başladılır.

 

1982-ci il oktyabrın 23-də İslam İnqilabı Keşikçiləri Korpusunun dörd silahlı hərbçisi Mahmudnizadların evinə basqın edib, Bəhai dini ədəbiyyatının axtarışını aparırlar.

 

Mona və atası Yadulla həbs olunaraq Şirazın Seppah həbsxanasına aparılır. Ata və qızı 38 gün ərzində bir birindən xəbərsiz ayrı-ayrı kameralarda saxlanılırlar.

 

Oktyabrın 29-da Mona və digər bəhai qadınlar Seppah həbsxanasından Adelabad həbsxanasına köçürülürlər. Bu həbsxanada bir müddət saxlandırqdan sonra  onlar İslam İnqilab Məhkəməsi qarşısına çıxarılırlar. Məhkəmənin qərarı ilə Mona və digər doqquz bəhai qadın Bəhai dinini İran vətəndaşları arasında yaymaqda və İsrail dövlətinin xeyrinə cəsusluq etməkdə iddiham olunaraq ölüm cəzasına məhkum olunurlar. Halbuki həbs olunanda Mona və doqquz bəhai qadın Şiraz məktəblərində bəhai olduqlarına görə məktəbə buraxılmayan uşaqlara dərslərdən geri qalmamaları üçün şəxsi evlərdə dərs keçməkdə günahlandırılırdılar.

 

Bəhai qadınlara ölüm hökmünün kəsilməsi həmin dövrdə Beynəlxalq rezonansa səbəb olur. ABŞ Prezidenti Ronald Reyqan İran hökümətindən yetkinlik yaşına çatmamış Mona və digər qadınların azad edilməsi və ya cəzanın yumuşaldılması xahişi ilə müraciət edir. Analoji müraciətlə dünyanın tanınmış siyasi xadimləri, ictimai təşkilatlar, qeyri-hökumət qurumları çıxış edir.

 

Beynəlxalq təzyiqlərə baxmayaraq, 1983-cü il iyun ayının 18-də Şiraz şəhərinin mərkəzi stadionlarının birində Məhkəmənin qərarının icrası həyata keçirilir.

 

Mona ilə birlikdə dar ağacından asılmış qadınlar:

 

  1. Nüsrət Yaldayi (54 yaşında)
  2. İzzət İşraqi (50 yaşında)
  3. Tahirə Siyavuşi (32 yaşında)
  4. Zərrin Muqimi (28 yaşında)
  5. Məhşid Nurimənd (28 yaşında)
  6. Şirin Dəlvand (25 yaşında)
  7. Röya İşraqi (23 yaşında)
  8. Simin Saberi (20 yaşında)
  9. Əxtar Sabit (19 yaşında)

 

Bəhai qadınların, xüsusən də Monanın İranda edamı o zaman həm İranın özündə və ondan kənarda insanlara güclü təsir göstərmişdir. Bu hadisə mədəniyyət nümunələrində öz əksini tapmışdır. Musiqiçi D.Kameronun “Mona uşaqlarla bərabər” adlı klipi Kanadanın hit-paradlarında uzun müddət zirvədə qalmışdır. ABŞ-da “Mona üçün geyim” adlı teatr tamaşası, “Monanın yuxusu” adlı film çəkilmiş, onlarca məqalə yazılmış, mahnı, şer və rəsm əsərləri yaradılmışdır.

 

 

Azər Cəfərov
/BDU-nun dosenti, Bəhai dini icmasının

ictimai Əlaqələr ofisinin koordinatoru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR