Röya Ayxan Nailə Mirməmmədlini belə yad etdi
"Dediyin kimi, kəpənəklər qovuşdu"
Bu gün tanınmış bəstəkar, əməkdar mədəniyyət xadimi Nailə Mirməmmədlinin vəfatından bir il ötür...
Nailə xanımın sadiq tələbələrindən biri və ailəyə ən yaxın olan Röya Ayxan onu belə yad etdi:
Röya Ayxan: “Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım. Bilirəm, yenə də yanımdasan. Axı sən hər zaman sağikən Hikmət müəllimin ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram...
Ölümündən bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu. Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı?
Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun.
Səni sevirəm, gözəl qadın”.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"