Bu ədviyyat xərçəngin qatilidir

08:36 07-01-2022 | icon 598 | Sağlamlıq
Bu ədviyyat xərçəngin qatilidir

Sarıkökün tərkib hissəsi olan kurkumin orqanizmdə xərçəng riskini azaltmağa və şişlərin böyüməsini dayandırmağa kömək edir.

 

Bu barədə okoloji tədqiqatlarla məşğul olan Cancer Research UK xeyriyyə təşkilatı məlumat verib.

 

Həkimlər bu ədviyyatı xərçəng hüceyrələrini öldürə bilən “super məhsul” adlandırıblar. Onların sözlərinə görə, tərkibindəki yüksək antioksidant konsentrasiyasına görə sarıkök xərçəngin alternativ müalicəsində istifadə oluna bilər.

 

Onkoloji xəstəliklərə qarşı müalicəvi xüsusiyyətinə görə, mütəxəssislər ədviyyatı hətta “xərçəngin qatili” adlandırıblar.

 

Alimlər onu da qeyd edirlər ki, bu ədviyyatdan aktiv istifadə edən ölkələrdə xərçəngə yoluxanların sayı xeyli azdır.

 

Sarıkökün faydaları bununla bitmir. Belə ki, bu ədviyyat katarakt, həmçinin qlaukoma və makulodistrofiya riskini azaldır.

 

Sarıkök xolesterolu azaldan bir vasitə kimi də istifadə olunur.

 

Bundan əvvəl braziliyalı alimlər sarıkökün köklərində olan və qida boyası kimi istifadə edilən “polifenol kurkumin”in koronavirusun müalicəsi üçün potensial virusəleyhinə vasitə olduğunu müəyyən edib.

 

““Super ədviyyat”ın çoxsaylı faydalarına baxmayaraq onun həddindən artıq istehlakı mədə narahatlığına, gəyirməyə, ishal, başgicəllənmə və baş ağrısına səbəb ola bilər”, - deyə alimlər xəbərdarlıq ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə