Qollarda, ayaqlarda, barmaqlarda, üzdə keyimə varsa...

17:06 07-01-2022 | icon 2091 | Sağlamlıq
Qollarda, ayaqlarda, barmaqlarda, üzdə keyimə varsa...

Nərminə Abbasova: “Bu hisslər sizi narahat edirsə, bizə müraciət edin”

 

“Narahat ayaqlar sindromu tez-tez rast gəlinən, ancaq çox az insanın bildiyi, yuxu pozğunluğuna səbəb olan bir sindromdur. Xəstələr ayaqlarında ağrı, yanma, iynə batma, sıxılma kimi xoş olmayan, onları hərəkət etməyə məcbur edən hisslərdən şikayətlənirlər. Bu hisslər yatarkən, uzanarkən, oturarkən başlayar, hərəkət etdikcə azalar və ya tamamilə itər.

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVAnın sözlərinə görə, ilk günlərdə bu hisslər gecələr yatarkən və ya axşam saatlarında başlasa da, sonralar gündüzlər də xəstəni narahat etməyə başlayır. Həkim deyir ki, pasiyentlərdə yuxu pozğunluğu yaranır, uzun yol getdiklərində, oturduqlarında ayaqlarını hərəkət etməyə başlayarlar, yerə vurarlar və ya masaj edərlər.

 

 

Nərminə xanım bildirdi ki, narahat ayaqlar sindromu idiopatik və simptomatik olaraq iki qrupa ayrılır:

 

Əksərən genetik olur. Bu narahatlığın altında böyrək çatışmazlığı, parkinson xəstəliyi, diabet kimi səbəblər yata bilir. Qəbul olunan bəzi dərmanlar həmçinin hamiləlik ərəfəsi də bu duruma təkan verir.

 

Həkim terapevt qollarda, ayaqlarda, barmaqlarda, üzdə əmələ gələn keyimə hissi ilə müraciət edən xəstələrə də tez-tez rast gəldiklərini dedi. Bildirdi ki, ağrı, toxunuş, hərarət, iy, səs və sair xarici qıcıqlandırıcılara həssaslığın azalması "hipesteziya" adlanır:

 

“Hipesteziya daha tez-tez qollarda, ayaqlarda, barmaqlarda, üzdə əmələ gələn keyimə hissi ilə özünü büruzə verir. Bəzi hallarda hipesteziya fizioloji ola bilər. Məsələn, insan uzun müddət ərzində narahat vəziyyətdə oturanda və ya uzananda keyimə hiss edir. Digər hallarda isə hipesteziya orqanizmdə olan ciddi pozulmaların simptomu ola bilər. Sual edə bilərsiniz ki, hipesteziya özünü necə büruzə verir. Qeyd edim ki, insan toxunuşları, hərarəti, yəni isti-soyuğu, ağrını az hiss edir, iyləri pis ayırd edir, eşitmə qabiliyyəti pozulur. Əgər bu hisslər sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət etməlisiz”.

 

Həkim bildirdi ki, hipesteziyanın inkişafı bir çox hallarda sinirlərdə olan pozulmalarla bağlıdır. Eyni zamanda, maddələr müdaliəsi pozulmaları zamanı insan səhər yuxudan oyandıqdan sonra əllərində və barmaqlarında keyimə hiss edir. Terapevt simptomlardan danışdı:

 

 

“Üzdə keyimə hissi damar və ya nevroloji problemlərin simptomu ola bilər. Keyimə üzün yalnız bir tərəfində hiss olunursa, bu, üçlü sinirin iltihabından xəbər verir.

Əgər keyimiş hissə qızarır və burada səpgilər əmələ gəlirsə, bu kəmərləyici dəmrov ola bilər. Əllərdə keyimə hissi isə sinir sistemi və damarların patologiyalarının simptomu ola bilər.

Həmçinin bunun səbəbi şiş, beyin qan dövranının pozulması, dağılmış skleroz kimi qeyd edilir. Eyni zamanda, ayaqlarda keyimənin əmələ gəlməsi qan dövranının pozulmasının simptomu ola bilər. Əgər hipesteziya güclü ağrılarla müşayiət olunursa, bu, damarların iltihabının, damar çatışmamazlığının, aterosklerozun simptomu olması mümkündür. Əgər keyimə ayaq və bel nahiyəsində ağrılarla müşayiət olunursa, bu işias xəstəliyinin (osteoxondroxun ağır fəsadı) simptomu ola bilər”.

 

Nərminə xanım vurğuladı ki, hipesteziya tez-tez müxtəlif xəstəliklərin simptomu kimi də meydana çıxır. Buna qan dövranının pozulmaları, xərçəng şişləri, şəkərli diabet, miqren, vitamin və mineralların defisiti, revmatoid artrıt, sinirin sıxılması, dağılmış skleroz, genetik patalogiyalar daxildir.

 

 

Bir çox insanlarımız sol qolunun keyiməsindən şikayətlənir. Ümumiyyətlə, qollarda kəskin şəkildə ağrı ilə birlikdə yanma və tikan batması kimi hiss yaranır. Nərminə xanım bildirdi ki, sol qol uyuşması anidən başlaya, ya da mərhələli olaraq inkişaf edə bilər:

 

 

“Əksərən qol uyuşması həyatı təhlükə yaradan hal olmur, amma ürək xəstəliklərinin xəbərçisi ola bilər. Bu səbəbə sol qolda ağrı və uyuşmalar gözardı edilməməli, həkimə müraciət olunmalıdır. Sol qolun uyuşmasının müxtəlif səbəbləri ola bilər. Məsələn, sinir sıxılması və zədə, qan dövranı pozğunluğu, damar sərtliyi kimi ürək problemləri, spirt və siqaret aludəçiliyi, vitamin çatışmazlığı, sınıqlar, "Brakial pleksus” yaralanması (onurğadan gələn siqnalları çiyin və qollara çatdıran sinir toru), əl və qollardakı kistlər, "Raynaud” sindromu, "Kübital Tunel” sindromu, enmə və əzələ dartılması".

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova qollarda, ayaqlarda, barmaqlarda, üzdə əmələ gələn keyimə hissindən əziyyət çəkənləri müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə