Prezidentin Gənclər Forumunda verdiyi mesajlar nə idi, nələri ifşa etdi!

19:02 03-02-2022 | icon 580 | Gündəm
Prezidentin Gənclər Forumunda verdiyi mesajlar nə idi, nələri ifşa etdi!

“Prezidentin Sorosun gənclər üzərindən yeritdiyi planı ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində atılan addım idi”

 

Fevralın 2-də Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Qeyd edək ki, Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də form iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub.

 

Ümumən Forum dövlətin "Gənclər siyasəti" və bu istiqamətdə görülən işlərlə bağlı gənclər, ümumən ölkə ictimaiyyəti qarşısında hansı yeni mənzərəni açmış oldu.

2 fevral Gənclər Forumu və Prezidentin çıxışı ümumilikdə nəyi ifadə edir, əhəmiyyəti nədir?

 

 

Gənc siyasətçi, politoloq Turan Rzayev ölkə başçısının çıxışında ən diqqətçəkən məqam kimi onun amerikalı sahibkar Corc Soros haqda dediyi fikirləri önə çəkib. T.Rzayev bildirib ki, Prezidentin çıxışında “Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmağın daha asan olur, bax sorosçuların məqsədi də məhz gənclərdir” fikirləri təsadüfi deyilə bilməz.

“Prezident dedi ki, ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.

Gənc siyasətçi hesab edir ki, Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Onun fikrincə, bu çıxış gənclərin öz fəaliyyətində daha diqqətli olmağa yönələn bir tövsiyə, mesajdır.

 

“Qlobalistlər və onların üzdə görünən siması, dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir. Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində qlobalist hərəkatına gənclər sürətlə cəlb olunur. Özü də bu proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir.

Prinsip etibarilə Azərbaycan Prezidentinin gənclər qarşısında qeyd etdiyi sözlərini Soros 2020-ci ildə Davos İqtisadi Forumununda etiraf edib. Soros deyib: “Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var”.

Gənc siyasətçi bildirib ki, göründüyü kimi Soros ideologiyasını, gənclər təşkilatları üzərindən gənclərə yeritmək, beləcə onları dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi istifadə etmək istəyir.

Soros özü də yaxşı bilir ki, hər şeyi sorğulayan, mənasını, mahiyyətini dərk etməyə can atan gənclər cəmiyyətin, toplumun ən aktiv, pasionar təbəqəsi olduğu üçün yeni gördükləri bu fikirləri həyata keçirməyə çalışacaq. Sorosun gənclər üzərində yeritdiyi bir düşüncə tərzi də mənsub olduğu qlobalistlərə zidd olan bütün başqa fikirləri rədd etmək, onları mənfi şəkildə təqdim etməkdir. Misal üçün Soros təsirində olan gənclərə qlobalizmdən kənar nə varsa pisdir, insan hüquqları yoxdursa diktatura, totalitarizm var düşüncəsi yeridilir. Təəssüf ki, bu gün ölkəmizdə də belə gənclərin sayı günbəgün artır.Təcrübəsiz gənclər də bu kimi şüarlara tez aldanaraq onlara uyur, əslində isə Sorosun və qlobalistlərin ardınca gedir”.

T.Rzayev hesab edir ki, Prezidentin məhz fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosun gənclər üzərindən yeritdiyi planı ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində atılan addım idi.

“Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyucaq olmamağı məsləhət gördü”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ