Keçən il BALTALAYIBMIŞ

09:46 10-02-2022 | icon 378 | Hadisə
Keçən il BALTALAYIBMIŞ

Azərbaycanda arvadını güllələyərək öldürən şəxslə bağlı ŞOK FAKTLAR

 

Yevlaxda kişi həyat yoldaşını evində güllələyib. Qətli törədən şəxs qohumunu da yaralayıb. Sumqayıtda isə 45 yaşlı kişi öz tanışı tərəfindən elə yaşadığı binanın qarşısında öldürülüb.

 

“Xəzər Xəbər” hər iki qətllə bağlı təfərrüatı araşdırıb.

 

Belə ki, dünən Yevlax rayonu Hacıselli kəndində 48 yaşlı Mehdi Qarayevin arvadını güllələyərək öldürməsi, qonşusunu isə yaralaması hadisəsinin təfərrüatı məlum olub.

 

Həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qarayevanı amansızlıqla öldürən Mehdi ötən ilin yanvarında da onu qətlə yetirməyə cəhd edib. Belə ki, ötən ilin 13 yanvar tarixində Mehdi Qarayev yaşadığı mənzildə balta ilə E.Qarayeva ağır zərbələr endirərək onu öldürməyə cəhd göstərib. Həmin vaxt başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadının həyatını xilas etmək mümkün olub.

 

Kənd sakinləri güllə səsinə oyanıblar. Mehdi Qarayev həyat yoldaşı Elnarə Qarayevanı yataq otağında güllələyib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qətli törədən şəxs öz qohumu, 63 yaşlı İldırım Qarayevi də yaralayıb. Yaxınları hadisənin hansı səbəbdən baş verdiyindən xəbərsiz olduqlarını bildiriblər.

 

Qətli törədən Mehdi Qarayevi artıq polis əməkdaşları saxlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Sumqayıtda isə 45 yaşlı kişi qətlə yetirilib. Hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

 

Sumqayıt Şəhər Prokurorluğu faktı təsdiqləyib. Bildirilib ki, dünən səhər saat 10 radələrində Sumqayıt şəhər sakin 45 yaşlı Nazim Məmmədovun 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 43 yaşlı Mahir Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Nazim Məmmədov aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Qətli törətməkdə şübhəli bilinən Mahir Həsənov saxlanıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq