Sınaq imtahanından yığılan PULLAR

10:18 18-02-2022 | icon 383 | Təhsil
Sınaq imtahanından yığılan PULLAR

Kamran Əsədov: “Qiymət 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb”

 

Son illər Azərbaycanda sınaq imtahanları verən şagirdlərin sayı xeyli artıb. Xüsusən də abituriyentlər qəbul imtahanından əvvəl bir neçə dəfə sınaq imtahanında iştirak edirlər. Sınaq imtahanlarına maraq kütləvidir və bu da nəticədə qiymətlərin bahalaşmasına gətirib çıxarır.

 

Ölkəmizdə sınaq imtahanlarının qiyməti çox bahadır. Sınaq imtahanlarının qiymətinin çox baha olması ölkənin müxtəlif sferalarında müzakirə olunur, tənqid edilir. Deputat Naqif Həmzəyev də Milli Məclisdə keçirilən plenar iclasda sınaq imtahanlarının qiymətinin baha olduğunu deyərək, məbləğin aşağı salınmasını təklif edib.  Məlumatlara görə, vaxtilə sınaq imtahanlarının haqqı 2 manat olduğu halda indi 40 manatdir. Ekspertlər deyir ki, DİM bunu da bir biznes yerinə çevirib. Bəzi ekspertlərə görə, heç sınaq imtahanının abituriyentə bir xeyri də olmur, sadəcə, abituriyentlər gedib biliklərini sınayırlar.

 

Sınaq imtahanlarının qiyməti niyə bahadır? Birdən-birə necə oldu ki, bu sahədə qiymətlər bu şəkildə qaldırıldı?

 

Xatırladaq ki, bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə sınaq imtahanlarının qiymətinin baha olmasına bu cür mövqe bildirmişdi: “İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, logistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar”.

 

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

 Ceyhun Məmmədov

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov da imtahan qiymətlərinin baha olduğunu vurğulayıb. Qeyd edib ki, bir müddətdir DİM publik hüquqi şəxs kimi fəaliyyət göstərir və müəyyən mənada da öz maliyyələşdirməsini həyata keçirir:

 

"Deyərdim ki, son illər öz işini kifayət qədər sistemli qurmuş qurumlardan biri də DİM-dir. Lakin mən də hesab edirəm ki, imtahanların qiyməti yüksəkdir. Bu, təkcə sınaq imtahanlarına deyil, dövlət qulluğuna da aiddir. Bir sıra hallarda hətta imtahanların 100 manat olduğunu da görürük, bu da haqlı olaraq Azərbaycan vətəndaşında zaman-zaman narazılıq yaradır. Nəzərə alsaq ki, tələbə bir neçə sınaq və bir neçə digər imtahanlar verməlidir, bu zaman bu məbləğlər müəyyən mənada rəmzi olmalıdır. Əgər ehtiyac varsa, dövlətin də dəstəyi ola bilər. Yəni qiymətlər əlçatan olmalıdır".

 

Deputat qeyd edib ki, rüsumlar tətbiq olunarkən ölkədəki minimum əmək haqqı nəzərə alınmalıdır: 

 

“Milli Məclisdə bu məsələyə başqa istiqamətdən münasibət bildirmişdim ki, mövcud minimum əmək haqqı nəzərə alınmalıdır. Bizdə də minimum əmək haqqı hazırda 300 manatdır. Bu rüsumlar, eləcə də cərimələr tətbiq olunarkən, hesab edirəm ki, minimum və orta əmək haqqı, eləcə də vətəndaşların qazancı, maaşları nəzərə alınmalıdır. Elə ailə var ki, onların bir neçə övladı imtahana və ya dövlət qulluğuna hazırlaşır. Bu baxımdan hesab edirəm ki, qiymətlərə baxılmalıdır ki, vətəndaşlarda narazılıq yaranmasın. Əlbəttə, bir məsələni də bilirik ki, DİM öz işçilərinə, mütəxəssislərinə, müəllimlərinə kifayət qədər böyük vəsait ödəyir. Amma bu çıxış yolu deyil ki, məbləğ böyük olsun və vətəndaşlarımız bundan əziyyət çəksin. Beləliklə, hesab edirəm ki, hansı məbləğ böyükdürsə, ona yenidən baxılmalıdır”.

 

Məktəblərdə dərsə davamiyyət aşağı düşüb” – Kamran Əsədov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Kamran Əsədov

 

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, DİM-in keçirdiyi sınaq imtahanlarının qiymətində yenidən artım müşahidə olunur. Belə ki, abituriyentlər sınaq imtahanı üçün 40 manat, bakalavrlar isə 50 manat ödəməlidirlər:

 

"Bu o deməkdir ki, qəbul imtahanlarının da qiyməti artacaq. Çünki hər iki imtahan keçənilki qəbul imtahanının qiymətidir. Bundan əlavə, 3-cü ixtisas qrupu üzrə TC alt qrupunda imtahan vermək istəyənlər əlavə 15 manat ödəməlidir. Beləliklə, 3-cü ixtisas qrupunun abituriyenti bir sınaq imtahanında iştirak etmək üçün 55 manat vəsaiti DİM-ə ödəməlidir. Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat oldu. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz. Doğrudur, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində DÖVLƏT sözü var. İnsanların maddi imkanı  aşağı səviyyədədir. DİM-in xidmət haqları baha olduğu üçün uşaqlarını imtahana göndərə bilmirlər. Belə çıxır ki, kimin imkanı varsa, o oxumalıdır? Ölkədə rəsmi imtahan keçirən bir qurum olduğu üçün hazırda bazara həm qiymətlərlə bağlı, həm də imtahan nəticələri ilə bağlı diktə edən yeganə qurumun olması yaxşı deyil. Mütləq alternativ bir qurum da imtahan keçirməlidir.

 

Hazırda abituriyent üçün tələb edilən 55 manat reallığı əks etdirmir. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və qurum kifayət qədər gəlir əldə edir. Nəzərə alsaq ki, DİM-in avadanlıqları TQDK-dan qalıb, test bank bazası TQDK-nın dövründən mövcuddur, deməli, 55 manatlıq xərc yoxdur. Bundan başqa, qəbul imtahanından fərqli olaraq sınaq imtahanında mühafizə və digər xidmətlərdən istifadə edilmir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək  və digər istiqamətlərdə geniş hazırlıq işlərinin xərci 55 manat deyil.

 

Hazırkı sınaq imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda şagirdi öz bilik və bacarıqlarını yoxlamaq imkanından məhrum edəcək". /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq