Ukrayna teatrı BAKIDA
Fevralın 25-də Bakı şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə tamaşa Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı tərəfindən Opera və Balet Teatrında təqdim ediləcək.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş tamaşa ilk dəfə 2019-cu ildə Kiyevin “Bravo” teatrında səhnəyə qoyulub. Tamaşanı izləyənlər arasında Azərbaycanın Ukraynadakı diplomatları, Ukrayna Ali Radasının deputatları, tanınmış siyasətçilər, mədəniyyət xadimləri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllim-tələbə heyəti, Azərbaycan və müxtəlif xalqların diaspor fəalları, KİV nümayəndələri olub. Əsərin əsas süjet xəttini müharibələrin, soyqırımı hadisələrinin insan düşüncəsində buraxdığı ağır izlər, faciə ilə üzləşmiş insanların cəmiyyətə adaptasiya olunmasında yaranan çətinliklər təşkil edir. Maraqla qarşılanan əsər Kiyev tamaşaçılarında böyük rezonans doğurub.
Xatırladaq ki, layihənin rəhbəri UABD sədri Hikmət Cavadov, ideya müəllifi və koordinatoru UABD sədr müavini Murad Cəfərovdur.
Xəbər lenti
7 şəhidimiz dəfn olunacaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla...