“Addım-addım ALBANİYA” KİTAB TƏQDİMATI

18:05 11-03-2022 | icon 5361 | Ədəbiyyat
“Addım-addım ALBANİYA” KİTAB TƏQDİMATI

"Bu kitab gələcək araşdırmalar üçün də bir qaynaq rolu oynayacaq"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazmış olduğu “Addım-addım ALBANİYA” kitabının onlayn təqdimatı keçirilib.

 
 
Təqdimatın aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı kitabın Türk-İslam mədəniyyətinin izlərini, bizə doğma və mənəvi cəhətdən aid olan mədəniyyət abidələrinin mövcud olduğu Albaniya Respublikasını tanıtdığını bildirib:
 
 
“Bu Balkan ölkəsinin tarixinə və coğrafiyasına, çağdaş durumuna və sabahına ayna tutan kitabda tarix və çağdaşlıq, ümidli gələcək mövzusu, həm də bir ölkə tanıtımının gərəkdirdiyi digər özəlliklərə önəm verilib. Müəllif Albaniyanın tarixi keçid məqamlarını, ictimai-siyasi formasiya dəyişiklərini maraqlı tablolarla göz önünə gətirir”.
 
 
 
Kitabın müəllifi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onlayn təqdimatın təşkilatçılarına, Millət vəkili həmkarlarına və bütün iştirakçılara təşəkkür edərək, bu əsəri Albaniyaya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü kimi səfər etdiyi vaxtlarda yazmağa başladığını bildirib:
 
 
“AŞPA-nın seçkiöncəsi missiyası tərkibində Albaniyaya gedəndə, bu ölkəni o qədər də maraqlı təsəvvür etmirdim. Doğrudur, Balkanlarda yerləşən bu ölkənin nə üçün Albaniya adlandırılması məni həmişə maraqlandıran bir mövzu olmuşdur. Əminəm ki, Qafqaz Albaniyası ilə Balkanlardakı Albaniya arasında yalnız ad eyniyyəti deyil, tarixi bağlar olduğu da zamanla araşdırılacaq və Albaniya özünün Tur Heyerdalını yetişdirəcəkdir. Tiranaya uçarkən təyyarədə Haluk Dursunun “Nildən Tunaya Osmanlı yazıları” adlı kitabından Albaniya ilə bağlı bölümü yenidən oxuyur, türklərin fəth etdiyi və 500 il hökm sürdüyü Rumeli torpaqlarının gözəlliklərini gözümə, könlümə doldurur, ruhunu yaxından duymağa çalışırdım. Beləliklə “Addım-addım Albaniya ərsəyə gəldi və nəhayət ötən il bu kitabı nəşr etdik”.
 
 
Q.Paşayeva Albaniyanın Bektaşiliyin mərkəzi olmasından, Qazi Sarı Saltukun məqamından, Albaniyanın dünyaca ünlü Nobel Sülh Mükafatı laureatı Tereza Ananın vətəni olmasından, eləcə də, Azərbaycan-Albaniya ikitərəfli əlaqələrindən, ölkələrimiz arasındakı ali səfərlərdən, əlaqələrimizin müqavilə-hüquq bazasından, iqtisadi sahədə işbirliyindən, özəlliklə humanitar işbirliyindən danışıb.
 
 
Millət vəkili, Azərbaycan-Albaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əhmədova, Millət vəkili Vüqar İsgəndərov, kitabın redaktoru, Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı, tanınmış Kərküklü araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı, AYB-nin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin başqanı İlham İsmayılov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Mədəniyyət Nazirliyi İctimai Şurasının üzvü Davud Rəhimli onlayn təqdimatda çıxış edib.
 
 
Çıxışlarda Q.Paşayevanın öncəki kitabları da xatırladılaraq, onun səfər etdiyi ölkələri Azərbaycan oxucusuna yaxından tanıtmaq üçün apardığı araşdırmaların geniş oxucu marağına səbəb olduğu bildirilib.
 
Qeyd olunub ki, Albaniya Azərbaycan oxucununun az tanıdğı ölkələr sırasındadır və bu kitab gələcək araşdırmalar üçün də bir qaynaq rolu oynayacaq.
 
 
Kitabın özəlliklə tələbə-gənclər, türkoloqlar, kulturoloqlar, regionşünaslar tərəfindən maraqla qarşılanacağı bildirilib.
 
 
Ş.Kuzəçi Q.Paşayevanın addım-addım tanıtdığı coğrafiyalar, ölkə, şəhər və topluluqlar içində Türkmanelinin (İraq), Kərkükün də olacağına inamını ifadə edib.
 
 
Millət vəkili həmkarları, digər ziyalılar Q.Paşayevaya yeni yaradıcılıq uğurları diləyib.
 
Onlayn tqədimat ADPU Quba filialının texniki dəstəyi ilə baş tutub və filialın sosial media hesabları üzərindən canlı yayınlanıb.
 
 
Onu da əlavə edək ki, “Addım-addım Albaniya”nın redaktorları İ.İlyaslı və Ə.Qoşalıdır. Ə.Qoşalı kitaba “Qartallar yurduna zirvə baxışı” adlı ön söz yazıb. “CBS”də gün üzü görən kitab, M.F.Axundov adına Milli Kitabxana başda olmaqla respublikamızın mərkəzi kitabxana sistemlərinə, uyğunprofilli təhsil, elm ocaqlarına paylanacaq.
 
 
Sumqayıt Poeziya Evi rəhbərliyinin təklifi ilə “Addım-addım Albaniya”nın qarşı aylarda, Poeziya Evində canlı təqdimatının keçirilməsi nəzərdə tutulub.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR