““Human Rights Watch”-in qərəzli hesabatları Azərbaycanı hədəfə alır”

16:14 28-03-2022 | icon 519 | Gündəm
““Human Rights Watch”-in qərəzli hesabatları Azərbaycanı hədəfə alır”

Zaur İbrahimli: “Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar

 

“Giorgi Gogia “Azərbaycanın nəzarət etdiyi ərazilər” ifadəsini işlətməklə özünün yüksək vəzifə tutduğu təşkilatın prinsiplərinə qarşı çıxır. Çünki “Human Rights Watch” məhz beynəlxalq hüquq prinsiplərinə dönməz sadiqliyini bəyan edir. Beynəlxalq hüquq, həmçinin BMT, digər nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan hər hansı başqa bir ölkənin ərazisini ilhaq və işğal etməyib ki, Giorgi Gogia bu cür ifadələr işlətmək haqqına sahib olsun. Rights Watch rəsmisi bu cür ifadələr işlətməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına salmaqla birtərəf, qərəzsiz, obyektiv hüquq müdafiəçisi kimi yox, separatizmə dəstək verən, məqsədli şəkildə ölkəmiz haqqında yanlış rəy yaratmağa çalışan, ikili standartları rəhbər tutan şəxs kimi çıxış edir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Zair İbrahimli “Human Rights Watch”-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogianın Tvitter hesabı üzərindən yazdığı Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qalıb” fikirlərinə münasibətində bildirib.

 

Politoloq qeyd edib ki, Giorgi Gogia regionu və burada baş verən prosesləri yaxşı bilir:

 

“O, bundan əvvəl Beynəlxalq Böhran Qrpunda ekspert kimi çalışıb və bölgədki münaqişələri öyrənib. Deməli, o bilə-bilə yanlış rəy yaradır, Azərbaycanı hədəfə gətirir. Çox maraqlıdır ki, Human Rights Watch rəsmisi Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı tam fərqli mövqe nümayiş etdirir və Gürcüstanın ərazi bütövlüyün daim vurğulayır”.

 

Z.İbrahimli eyni zamanda qeyd edib ki, Human Rights Watch təşkilatının da Azərbaycana münasibətdə artıq sistemli olaraq ikili standartlardan çıxış etməsi heç kimi təəccübləndirmir:

 

“Uzağa getməyək, “Human Rights Watch”-ın 2021-ci il üzrə hesabatında iddia edilir ki, “müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54  məktəb dağıdılıb”. Təşkilatın ekspertləri nəticələri  saxtalaşdırıblar. Savaşın və dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa çalışıblar. Sanki Azərbaycan işğal altında olan ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Ermənistan ərazisində müharibə olmuşdumu ki, oradakı məktəblər də dağıdılsın? Digər yandan, rəqəmlər arasındakı fərq də şübhəlidir. Necə olur ki, ərazisində müharibə gedən Azərbaycanda 54 məktəb, sərhədlərinə müdaxilə edilməyən Ermənistanda isə 71 məktəb dağıdılır?

 

Azərbaycanın dəvəti ilə 2020-ci il noyabr ayında Human Rights Watch təşkilatının ekspertləri ölkəmizə gələrək araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb, 11 dekabr tarixində yayımlanıb. Human Rights Watch təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”.

 

Təşkilatın Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson həmin məruzədə qeyd edib ki, “Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıblar, ağır artilleriya zərbələri endiriblər. Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinində bu cür faktlar qeydə alınıb. 40 mülki vətəndaşın öldürülməsi, bir çoxunun yaralanması ilə nəticələnən 18 hücum faktı da müşahidə edilib. Bütün bu faktları əks etdirən 10 peyk görüntülərinə baxılıb”.

 

Politoloq bildirib ki, bu təşkilat sona qədər obyektivliyini qoruya bilməyib. Belə ki, Human Rights Watch  11 dekabrda yayımladığı məruzədə  əks etdirdiyi bu faktları  2021-ci il  13 yanvarda yayımladığı ümumi illik  hesabatına daxil etməyib. Elə bil ki, bu məruzə heç olmayıb, onu arxivində gizlədib saxlayıb:

 

“Məsələ ondadır ki, 11 dekabr  məruzəsində əks etdirilmiş faktlar nisbətən Azərbaycanın lehinə, 13 yanvar hesabatında əks etdirilən arqumentlər isə tamamilə əleyhinədir. Aralarında kəskin təzad, ziddiyyət var. Human Rights Watch ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar”.

 

Politoloq bildirib ki, “Human Rights Watch” və onun rəsmilərinin, ekspertlərinin bu mövqeyi ilk növbədə onun özünün nüfuzuna ziyan vurur, həmçinin beynəlxalq hüquq-müdafiə təşkilatlarına etibarı sarsıdır.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək