Ümumtürk tarixinə işıq salacaq kitab Ankarada

10:00 16-05-2022 | icon 3428 | Ədəbiyyat
Ümumtürk tarixinə işıq salacaq kitab Ankarada

Qardaş Türkiyə Respublikasının Ankara şəhərində Adnan Ötüken Xalq Kitabxanasında Azərbaycan Respublikasının ilk baş naziri, xarici işlər naziri, Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olmuş diplomat, yazıçı, professor Həsən Əzizoğlu Həsənovun yazdığı “Atropatena - Adorbayqan adlı dövlətin doğulması” (Atropatena - Adorbaygan Adlı Devletin Doğuşu) kitabının təqdimatı və imza mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, kitab təqdimatını Ötüken Kitab Klubunun rəhbəri (Ötüken Kitap Kulübü Moderatörü) Fuat Yakar açaraq Ankara Adnan Ötüken Rayon Xalq Kitabxanası və kitabxananın tərkibində fəaliyyət göstərən Ötüken Kitab Klubunun işlərindən danışıb, H.Həsənovun adı keçən kitabının əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə kitabın çap olunduğu “Zengin Yayıncılık”ın təsisçisi və baş redaktoru Sevinç Fırat nəşriyyatlarının fəaliyyətindən danışıb, belə kitab təqdimatlarını bundan sonra da davam etdirəcəklərini bildirib.

 

Türkiyədə ilk dəfə çıxan “Rusiya klassikləri” kitablar silsiləsinin tərcüməçisi, həmyerlimiz professor Şəfiqə Hüseyn çıxış edərək tərcümə etdiyi kitablar və onların əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

 

Daha sonra professor Həsən Əzizoğlu Həsənov yazdığı “Atropatena - Adorbayqanın Doğuşu” haqqında qonaqlara danışıb, bu kitabın Azərbaycan və ümumilikdə türk tarixinə fərqli baxış gətirəcəyinə əmin olduğunu söyləyib:

“Atropatena - Adorbayqan adlı dövlətin doğulması” geniş araşdırma və təhlil prosesindən keçərək ərsəyə gələn bir kitabdır. Azərbaycan dövlətçilik tarixində rol oynamış bütün türk boyları bu kitabda yer alır. Tarix canlı varlıqdır. Milli kimliyimiz tarixin bütün mərhələlərində bu coğrafiyada mövcuddur”.

 

Həsən Həsənov dinləyiciləri ilə fikir mübadiləsi aparıb və çoxsaylı suallara cavab verib.

 

Tədbirdə Ankaranın Çankaya rayon icra nümayəndəsi Hüdayar Mete Buhara və Azərbaycan qardaş ölkədəki səfirliyinin I katibi Elxan Zeynalov da iştirak edib.

 

Tədbir müəllifin kitab imzalama mərasimi ilə başa çatıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol