“Onun hekayəsi” TƏQDİM EDİLDİ

12:43 24-05-2022 | icon 5555 | Ədəbiyyat
“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Kitab gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında vacib rol oynayacaq

 

Tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, mərasimdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, müəllifin qələm yoldaşları, dostları, oxucuları və tələbələri iştirak ediblər.

 

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, şair Gülnarə İsrafil, Nazlı Çələbi, jurnalist Ülkər Piriyeva və digər şəxslər çıxış ediblər.

 

Çıxışçılar milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Qeyd olunub ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün bu cür kitabların yazılması olduqca mühüm əhəmiyyət kəsb edir.

 

Vurğulanıb ki, “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaq.

 

Çıxışlar həmçinin qeyd edib ki, yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanması qələm adamlarının da qarşısında duran ən vacib vəzifələrdən biri olmalıdır. Ona görə də, məhz bu cür bədii nümunələr toplusunun gənclərin şəxsiyyət kimi formalaşmasında rolu danılmazdır.


Tədbirdə bildirilib ki, “Onun hekayəsi”ndə müəllifin hekayə, esse və şeirlərindən bir hissə toplanıb.

 

Kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr yer alıb, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda yer almış şeir və hekayələr təqdim olunub.

 

Qeyd edilib ki, oxucular bu kitabda hekayəyə çevrilmiş insan taleləri, müasir insan və cəmiyyət haqqında səliqəli düşüncələrin qələmə alındığı esselər və könül söhbətləri sayılacaq şeirlər ilə tanış olacaqlar.

Qeyd edək ki, “Onun hekayəsi” kitabı “Mücrü” nəşriyyatında çap olunub.

 

“Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır.

 

Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.

 

Əli Rzazadənin ilk dəfə ərəb dilində çap olunan “Xocalıya ədalət” əsəri də bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.

 

Xatırladaq ki, Əli Rzazadə 1981-ci ilin mayın 23-də Masallı rayonunun Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. O, Şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. Ə.Rzazadə hazırda pedoqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirir. /İnterpress.az/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR