Gülnarə İsrafilin “Sirran”-ı işıq üzü gördü
Gülnarə İsrafilin “Sirran” şeir kitabı “Elm və Təhsil”nəşriyyatında işıq üzü görüb. Kitabın içində Vətən və digər mövzular yer alır.
Versus.Az xəbər verir ki, kitabın ön söz müəllifi yazıçı, şair Naibə Yusif, korrektoru yazıçı, şair, Sevil Gül Nurdur. Kitabın içəriyi 124 səhifədən ibarətdir.
Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda təqdimatı keçirilən “Sirran” müəllifin sayca üçüncü şeir kitabıdır.
Təqdimatda tanınmış qələm adamları iştirak edərək kitabdakı mətn barədə fikirlərini səsləndiriblər. Tanınmış tənqidçi Vaqif Yusifli şairin üç kitabı haqqında yığcam fikirlər söyləyərək misraların fərqliliyini, Azərbaycan ədəbiyyatında kimsəni imitasiya etmədiyini və özünü, özünəməxsusluğu yaratdığını vurğulayıb. Tənqidçi əsasən “Xocalıda uşaq doğulmadı”, “Qadın” şeirlərinə diqqət çəkib. Oxucular müəllifin şeirlərini səsləndiriblər.
Tədbirdə tanınmış Əməkdar jurnalist Azər Həsrət, yazıçı-jurnalist Azər Qismət, jurnalist Aqil Camal, jurnalist Sərdar Amin, Şərqşünas alim, yazıçı Əli Rzazadə, şair Süleyman Abdulla, şair, yazıçı Kənan Hacı, şair, publilisist yazar, jurnalist Vahid Aslan, şair, esseist, tərcüməçi, Azərbaycan ədəbiyyatına “Suprematizm” cərəyanını gətirmiş yazıçı Əli Şirin Şükürlü, yazıçı, şair Naibə Yusif, şair yazıçı Sevil Gül Nur, jurnalist, şair Aybəniz Qaragilə Qafarlı, şair Nuridə Misir, “Azad Qələm” qəzetinin təsisçisi, şair, publisistik yazar Nəcibə İlkin, şair Əli Musaoğlu, şair Turan Novruzlu, şair Arzu Hüseyn, şair Ülviyyə İbrahimova, şair Elçin Məmmədov, qiraətçi, şair Müşfiqə Baləddin, şair İlqar Türkoğlu, şair Milli Daşqın Ziyəddinoğlu və xanımı Nuranə Təbriz, şair Valeh Qoca, şair Şəhriyar Seyidoğlu, şair Elvin Ramizoğlu, şair Hidayət Sönməz. Şair Aida Adığözəl, Nurlan Vaqifoğlu, Yetim Qacar, Vətən müharibəsi qazisi, şair Oğuz Alparslan, şair Sərvər Kamranlı, şair Xəyal Zeynal, Azər Ağayev, Vüsal Ağa, Ülkər Nicatlı, doktor, yazar Rəfiqə Abbasova, Nəzakət Kərimova, oxucu Gülnar Əhmədova, qazi Ülvi Qədir, şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, Qarabağın Tutusu Rüxsarə Cumayeva və qiraətçilər, müəlifin yaxın dostları, oxucular iştirak ediblər.
İki saat davam edən tədbirin sonunda Natiq Nəcəfzadənin çəkdiyi portret, “Ziyadar” diplomu “Sirran” kitabı adına müəllifə hədiyyə edilib.
Versus.Az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ