30 ildə ilk dəfə vəba xəstəliyi qeydə alınıb


Livan hakimiyyəti 1993-cü ildən bəri ölkədə ilk dəfə vəba xəstəliyinin olduğunu bildirib.
Xəstə oktyabrın 5-də ölkənin şimalındakı kəndlərdən birində aşkarlanıb, müalicə olunub və özünü yaxşı hiss edir.
Son həftələr Suriyada vəba epidemiyası müşahidə olunub, burada 10 minə yaxın insan xəstələnib, onlardan 40-a yaxını ölüb.
ÜST hesab edir ki, epidemiyaya səbəb Fərat çayındakı suyun keyfiyyətsizliyi olub. Hələ Suriyaya vəba gəlməmişdən əvvəl də ölkədə ishal və dəri xəstəlikləri çox olub. Müharibə zamanı su təmizləyici qurğular zədələnib və evlərini tərk edən milyonlarla suriyalı təmiz su təchizatından məhrum olub.
Xəbər lenti

erməni sakinlər üçün növbəti yanacaq göndərilib
Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb