VIII Beynəlxalq Kitab Sərgisi davam edir
Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.
Versus.Az xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klass, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil olunub. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, sərginin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçirilib. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Versus.Az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının “Yokuşun çocukları” kitabının imza gününü də olub.
Türkiyənin Mədəniyyət və Turizm nazirliyi ilə Yunus Əmrə İnstitutunun stendində yer alan imza gününə çoxlu sayda oxucular qatıldı.
Bakıdakı belə bir kitab sərgi-yarmarkasının açılmasından məmnunluğunu ifadə edən səfir kitabı haqqında məlumatı jurnalistlərlə bölüşüb.
“VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında kitabımla yer almaqdan xoş hisslər keçirirəm. “Yokuşun çocukları” xatirə və avtobioqrafik janrda yazılmış bir kitabdır. Bu kitab sosial həyat yolçuluğunu ifadə edir. Kitabı, eyni zamanda, gənclər üçün də örnək hesab etmək olar. Ümid edirəm ki, kitab onu oxuyanlara faydalı olacaq”, – deyə Cahit Bağçı qeyd edib.
İnstitutun Bakı nümayəndəliyinin direktoru Selçuk Karakılıc belə tədbirlərin Azərbaycanın və Türkiyənin dünyaya tanıdılması üçün böyük önəm daşıdığını deyıb.
Sonra səfir kitabı imzalayaraq oxuculara hədiyə edib.
Qeyd edək ki , Yunus Emre insititutunun təşkil etdiyi stendində uşaq yazıçısı Birsen Özenin “Şirinlər” kitabının, Motivasiyaedici kitablar müəllifi Ferhat Kardaşın”Yürümeye devam et” və Mehmet Salih Uyanın ” Ruh diyeti” kitabının imza günləri davam edir.
Xatırladaq ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ