AKP-dən Frasa prezidentinə etiraz BƏYANATI

12:49 17-10-2022 | icon 552 | Siyasət
AKP-dən Frasa prezidentinə etiraz BƏYANATI

"Azərbaycanın haqq işinə qarşı qərəzli və ermənipərəst mövqe sərgiləməsi təəssüfedicidir"

 

 "6 oktyabr 2022-ci il tarixində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə əlaqədar keçirilən dördtərəfli konstruktiv görüşdən qısa müddət keçdikdən sonra Fransa Respublikasının Prezidentinin yanlış və qərəzli mövqeyi, Fransanın xarici işlər nazirinin Azərbaycan əleyhinə yalan bəyanatlar verməsi və o cümlədən Fransa Senatında bu ilin noyabr ayında nəzərdə tutulan Azərbaycan əleyhinə növbəti qətnamənin hazırlanması bir daha göstərir ki, Fransa Cənubi Qafqazda sülhün bərpa olunmasında maraqlı deyil".

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bəyanatında bildirilib.

 

Bəyanatda bildirib ki, Azərbaycana qarşı Ermənistanın hərbi təxribatının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının ədalətli fəaliyyətinə birtərəfli qiymət verilməsi və Fransanın açıq aydın ermənipərəst siyasət aparması regionda sabitliyin bərpa olunmasına xələl gətirir.

 

AKP -nin sərdi Rauf Qurbanov partiyanın verdiyi bəyanata əsaslanaraq bəyan edib ki, uzun illər Minsk qrupunun həmsədrlərindən biri olmuş, Qarabağ probleminin dinc yolla çözülməsində "maraqlı olan", Azərbaycanla qarşılıqlı istər siyasi, istərsə də iqtisadi münasibətlər qurmuş bir dövlətin rəhbər orqanlarının bu gün Azərbaycana qarşı göstərdikləri qərəzli mövqe qəbuledilməzdir və bu cür münasibət mahiyyətcə gələcəkdə hər iki dövlət arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrinin üstündən xətt çəkir.

 

"Azərbaycan Kommunist Partiyası Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın Azərbaycanın haqq işinə qarşı bu cür qərəzli və ermənipərəst mövqe sərgiləməsindən təəssüf hissi keçirərək, hiddətlənir və Azərbaycan Xarici İşlər Nazirliyinə və o cümlədən AR-in müvafiq orqanlarına Azərbaycan – Fransa münasibətlərinə yenidən baxılmasını tövsiyə edir.

Azərbaycan kommunistləri dünya ictimaiyyətini Fransanın birtərəfli və ədalətsiz mövqeyini pisləyərək, Azərbaycanın haqq işinə dəstək olmağa çağırır".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün