Zeyvədən dünyaya boylanan ŞƏHİD MƏZARI

16:56 05-12-2022 | icon 1897 | Şəhidlər və şahidlər
Zeyvədən dünyaya boylanan ŞƏHİD MƏZARI

23 yaşında qanl ilə qəhrəmanlıq tarixi yazan Vüsalın anım günü

 

İlk dəfədir Şabrana, Zeyvə kəndinə gedirəm. Dağlar, avtobusla keçilməz yollar, sulu qar qarşılayır bizi... Bir də... ayağımızın altında xışıldayan saralmış, islanmış yarpaqlar, üstündən illər keçsə də, həmişə 23 yaşında olacaq, xatırlanacaq qəhrəman Şəhidimiz Vüsalın məzarına doğru aparır....

 

Ötən ay Mərifət bacı məni Şabrana dəvət etdi: - "Əgər vaxtın olsa, dekabrın 3-də kənddə balama anım günü keçirəcəm, qəbrini ziyarət edəcəyik, sənin də gəlməni çox istəyərdim".

 

Qəhrəman Şəhidlərimizi anmaq, onların məzarlarını ziyarət etmək, yazmaq, tanıtmaq, ruhları qarşısında ehtiramla baş əymək hamımızın borcudur.

 

1997-ci ildə Bakının Səbael rayonunda bu dünyaya göz açan, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vüsal Şabranın Zeyvə kəndində dəfn edilib.


Bir neçə ay öncə şəhidimiz haqqında yazmışdım.

 

"Oğlumun, min bir əzab əziyyətlə atasız böyütdüyüm Vüsalımın sağ-salamat dönəcəyinə özümü inandırmışdım. Füzuliyə qardaşım və onun oğlu ilə birlikdə getmişdim. Məndən DNT analizi götürdülər. Soyuducu maşınlar dayanmışdı və çadır qurulmuşdu. Əvvəlcə qardaşım baxmışdı, əmin olub ki, Vüsaldır, amma mənə necə deyəcəyini bilməyib. İçəri girəndə üzünü açdılar, sifəti toz torpaq idi. Dedim ki, mənim oğlum ola bilməz, o qayıdacaq. Geri dönüb gedəndə elə bil bir anda ürəyim yerindən çıxacaqdı, bütün bədənim əsirdi. Ayaq üstə dura bilməsəm də, yenidən baxmaq istədiyimi bildirdim. Onlar oğlumun bədənində hər hansı bir nişanənin olub olmadığını soruşdular. Vüsalın başının arxasında ət xal var idi. Bu dəfə təkcə üzünü deyil, tam açdılar. İki dəfə əlimi ət xal olan yerə sürtdüm, xal var idi, amma yarısı.... Döyüş gedərkən balamı snayperlə başından vurublar. Arxadan başının bir hissəsi yox idi. Balamın dırnaqları da uzanmışdı, sapsarı idi. Kaş Vüsalı orada qucaqlayıb, boynuna sarılaydım, öpəydim.... Oğlum gözümün qarşısında idi. Amma onun ölümünü, yoxluğunu qəbullana bilmirdim, hələ də ümidim vardı. Doqquz gün sonra analizlərin cavabı bəlli oldu, sağ-salamat yola saldığım balam tabutda döndü...."

 

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olan, ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilən Vüsal Həsənovun, oğul itkisi ilə bir gündə büsbütün dəyişən anası Mərifət xanımla söhbətdən xatırlatma....

 

Vüsalın ikinci anım günündə Bakıdan Şabrana yol alanlar arasında şəhid anaları, Yeni Azərbaycan Partiyasının Səbael rayon təşkilatının sədri Muxtar Nağıyev və baş məsləhətçisi Lamiyə Hacızadə, YAP-ın Bibiheybət ilk ərazi təşkilatının sədri, Bibiheybət bələdiyyəsinin sədr müavini Sədaqət Həsənova da vardı.

 

Anım günündə çıxış edən Muxtar Nağıyev Azərbaycan var olduqca, şəhidlərimizin də yaşayacağını, hər birinin minnətdarlıq hissi ilə xatırlanacağını bildirdi:

 

"30 illik işğala son qoyduqları üçün şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarıq. Azərbaycanın qazandığı böyük zəfər dövlətimizin dünya birliyindəki yerini daha da möhkəmləndirdi, nüfuzunu artırdı. Cənab prezidentin azad olunmuş torpaqlarımızdan, Qarabağdan verdiyi mesajlar da bir daha göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Bu böyük hədəflərə aparan yolda isə gənc nəsil Vüsal kimi qəhrəman oğullarımızdan örnək alacaq. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Onları dünyaya gətirən analarımızın əllərindən öpürük. Azərbaycanımız, ordumuz, birliyimiz, prezidentimiz var olsun".

 

Şəhid Vüsal Həsənovun anası Mərifət xanım anım gününə gələn, qəhrəman oğlunun xatirəsini yad edən hər kəsə təşəkkür etdi və Vüsal ilə qürur duyduğunu söylədi.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?