rəsmi İrəvan Tehrana tərs siyasət yürüdür-açıqlama

18:07 24-01-2023 | icon 308 | Geopolitika
rəsmi İrəvan Tehrana tərs siyasət yürüdür-açıqlama

 

 

Xəbər verildiyi kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Eyni gündə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Hər iki görüşdə konkret hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb.

 

Bu görüşlər İranın Azərbaycana qarşı çıxışlarına son qoyacaqmı?

 

Politoloq Elxan Şahinoğlu Versus.az-a bildirib ki, iki ölkə münasibətlərindəki gərginlik o qədər irəliləyib ki, müzakirə edilən mövzuların açıqlanmamasına üstünlük verilir. Onun sözlərinə görə, Tehran Azərbaycanla münasibətlərdəki gərginliyin miqyasını azatlmaq istəyirsə birinci növbədə Azərbaycanın daxili işlərinə - hansı dövlətlə dost və tərəfdaş olma seçiminə qarışmamalıdır.

 

“Eləcə də Tehran Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır;  İranın din xadimləri, generalları, deputatları Azərbaycan əleyhinə çıxış və açıqlamalarına son qoymalıdırlar”.

 

Politoloq hesab edir ki, Tehranın bu minimum şərtləri yerinə yetirəcəyinə inam azdır. Onun fikrincə, İranın xarici işlər naziri və ya ölkəmizdəki səfiri vəziyyətin düzəlməsini istəsələr belə, bu onlardan asılı deyil.

“Tehran və Qumdakı mühafizəkar dairələrin, o cümlədən SEPAH generallarından birinin anti-Azərbaycan açıqlaması və ya internet görüntüsü paylaşması ilə diplomatların münasibətlərin normallaşdırılması üçün fəaliyyətlərinin üstündən xətt çəkəcək”.

 

E.Şahinoğlu İran rəsmilərinin və diplomatlarının əzbərlədikləri bir açıqlamanı önə çəkib. Orada qeyd olunur ki,  bölgəyə aid olmayan ölkələrin işlərimizə qarışmasına imkan verilməməlidir.

 

“Tehran Ermənistanı dəstəkləyir və iranlı rəsmilər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” açıqlamasını səsləndirirlər. Ancaq hazırda məhz rəsmi İrəvan Tehranın bu tezisinə tərs siyasət yürüdür. Avropa İttifaqı monitorinq missiyasını bölgəyə dəvət edən Ermənistandır. Azərbaycan isə əksinə bunun əleyhinədir. Digər tərəfdən həmin missiyanın tərkibində Fransa geniş şəkildə təmsil olunacaq. Tehran-Paris münasibətləri isə gərgindir. Belə çıxır ki, İranın regional maraqları üçün ən böyük təhlükə rəsmi Yerevanın siyasətiylə bağlıdır. Misal üçün Kreml Ermənistan hakimiyyətinin Avropa İttifaqı missiyasının Azərbaycanla təmas xəttinə dəvət edilməsini tənqid edib, bunun mövcud problemləri həll etməyəcəyi qənaətindədir. Tehranıın isə Avropa İttifaqı missiyası ilə bağlı hələ ki, açıqlaması yoxdur. Çünki Tehran İran sərhədinə yaxın ərazidə yerləşəcək Avropa İttifaqının missiyasını tənqid edəcəksə, avtomatik həmin missiyanı bölgəyə dəvət edən Ermənistanı da tənqid etməlidir”.

 

Politoloq bildirib ki, hələ ki, Tehran Ermənistanı tənqid etməyə hazır deyil.

“Görünür ki, Tehran eyni zamanda həm Bakı, həm də İrəvanla münasibətləri gərginləşdirmək istəmir. İranın Azərbaycanla münasibətləri uzun illlərdir enişli-yoxuşludur, Tehran Ermənistanla münasibətlərdə isə heç zaman problem yaşamayıb. Ona görə də Tehran Ermənistana yönəlik siyasətini dəyişməyə hazır deyil. Halbuki, Avropa İttifaqı missiyasını ən azı iki il müddətinə bölgəyə dəvət edən İrəvan Rusiya ilə yanaşı İranın maraqlarını da nəzərə almayıb.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq