Hər xəstəliyin öz qoxusu...

07:00 21-02-2023 | icon 415 | Sağlamlıq
Hər xəstəliyin öz qoxusu...

"Qaraciyər xəstəlikləri olan insanlardan bişmiş alma iyi gəlir".

 

Versus.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı qastroenteroloq Vladimir Neronov "Lenta.ru"ya müsahibəsində deyib.

 

Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardan gələn qoxulardan danışan mütəxəssis qeyd edib ki, bədən qoxularının intensivliyi xəstəliyin şiddəti ilə düz mütənasibdir. Həmçinin qoxunun intensivliyi insanın bədənə necə qulluq etməsindən asılıdır.

 

"Şəkərli diabet xəstələrindən asetona bənzər qoxu gəlir, həzm sistemi xəstəliyi olan insanlardan çürüntü və xarab olmuş yumurta qoxusu gələcək. Sidik sistemi xəstəliklərindən əziyyət çəkənlər ammonyak iyi, qaraciyər xəstəlikləri olanlardan isə bişmiş alma iyi gəlir".

 

Neronovun fikrincə, spesifik bədən qoxusunu müəyyən mikroorqanizmlərin olması və dəri vəzilərinin funksiyası ilə izah etmək olar:

 

"Patogen orqanizmə daxil olarsa, bakteriyaların tarazlığını pozur. Eyni zamanda, normal bədən qoxusundan məsul olan birləşmələr də dəyişir. İmmunitet bu proseslərə müəyyən şəkildə reaksiya verir, bu da insanın qoxusuna təsir edir. Dəri, ifraz edən orqandır və lazım gələrsə, böyrək funksiyasının bir hissəsini öz üzərinə götürür. Bədəndə patoloji məhsullar meydana gəldikdə, onları ifraz etməyə başlayır ki, bu da xüsusi aromanın yaranmasına təsir edir. Xəstəlik təkcə xəstə bir insanın deyil, həm də ətrafdakı insanların qoxusuna təsir edə bilər. Əgər xəstə bir insanla yaşayırsınızsa, sizin də bədəniniz xəstəliyə xas olan xoşagəlməz qoxu yaya bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...