Anatoli Banişevskinin doğum günüdür

10:08 23-02-2023 | icon 432 | İdman
Anatoli Banişevskinin doğum günüdür

Bu gün futbolçu Anatoli Banişevskinin doğum günüdür.

 

Versus.Az xatırladır ki, A.Banışevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib çıxan ukraynalının ailəsində dünyaya gəlib.

 

Futbola paytaxtın “Lokomotiv” klubunda başlayıb. Sonradan o zaman “Neftyanik” adlanan indiki “Neftçi” klubuna keçib.

 

1963-cü ildə “Neftçi”də debüt edən Anatoli burada 1978-ci ilə qədər oynayıb. Debütündən cəmi üç il sonra, 1966-cı ildə “Neftçi”nin futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. Hücumçu mövqeyində çıxış edən Banişevski “Neftçi” ilə 288 oyunda 121 qol vurub.  

 

Rusiya və Ukrayna klublarından dəfələrlə təkliflər alsa da, Anatoli Banişevski Bakını tərk etmək istəməyib. “Neftçi”dəki parlaq oyunu sayəsində o, SSRİ yığmasının tərkibində 1965-ci il iyulun 4-də Braziliya millisi ilə yoldaşlıq matçında debüt edib. Məşhur hücumçu SSRİ yığması ilə 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığması ilə Banişevski 50 oyun keçirib və 20 qol vurub.

 

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu “Neftçi” olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə “Neftçi”dən ayrılmaq qərarına gəlib. O, 1984-87-ci illərdə Mingəçevirin “Avtomobilçi” komandasında, 1987-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb. 

 

Şəkərli diabetdən əziyyət çəkən Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib.

 

Anatoli Banişevski, UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR