Müəllim yazdığı statusa görə 1500 manat CƏRİMƏLƏNDİ

13:40 28-02-2023 | icon 330 | Təhsil
Müəllim yazdığı statusa görə 1500 manat CƏRİMƏLƏNDİ

Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

 
Məlumata görə, universitetin “Yerin quruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər Xəlilov T.Sadıqovun Cinayət Məcəlləsinin tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.

 

Məhkəmədə baş müəllimin kafedra müdiri haqqında yazdığı statuslar və şərhlər elan edilib. Məlum olub ki, T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun “5-ci kolon”a xidmət etdiyini iddia edib.

 

T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqları fikirləri etiraf edib və onu təhqir etmək fikrində olmadığını deyib. O, kafedra müdirinin dərs saatlarını düzgün bölüşdürmədiyini və ona qarşı qərəzli münasibət bəslədiyini deyib.

 

Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesin yekununda T.Sadıqov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək ona 1500 manat cərimə kəsilib. Baş müəllimə 147.2-ci (Böhtan) maddəsi üzrə isə bəraət verilib. /Qafqazinfo/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI