Deputata silah “hardan” tuşlandı

12:48 30-03-2023 | icon 4577 | Araşdırma
Deputata silah “hardan” tuşlandı

"Bu, Fazil Mustafa kimi düşüncədə olanlara qarşı qorxu hissi yaratmaq cəhdləridir"

 

Erməni it sürüsünü Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid aləti kimi istifadə edən regionda marağı olan imperialist güclər ölkəmizi hər vəchlə gərginlik, qorxu içində saxlamaq üçün əlindən gələni edir. Sərhəddə, xaricdə, daxildə müxtəlif vədlərlə erməni revanşizmini qudurdan maraqlı güclər sabitliyi pozmaq cəhdi ilə terrordan da çəkinmir. Ölkəmizə qarşı dişlərini qıcayan güclərin ərazilərimizdə yaratdığı gərginliyin bu gün paytaxtın ortasında Milli Məclisin deputatı Fazil Mustanın güllələnməsi faktı ilə qabarması birmənalı qarşılana bilməz.

 

İlkin olaraq müxtəlif suallar və versiyalar önə çıxır:

Deputat Fazil Mustafanın məhz evinin qarşısında güllələnmesi faktı nə ilə bağlıdır və bizə ehtimalları xatırladır; Qarabağda baş verən indiki gərgin situasiyada, eləcə də cənubdan, şimaldan gələn təhdidlər fonunda, yaxud hadisənin Azərbaycanın Təhlükəsizlik Xidmətinin 104-cü ilində, eləcə də İsraildə səfirliyinin acilmasi zamanında baş verməsi nə dərəcədə təsadüfi ola bilər? Regionda baş verənlərin fonunda bu Azərbaycana qarşı hansı təhdid, təsir elementidir?

 

Hadisənin “kalasnikov”la törədilməsi hansı ehtimalları ortaya qoyur. Nəyə görə mhz Fazil Musatafa? Bu hadisə hansi təhlükələrdən xəbər verir?

 

 

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, son dövrlərdə avtomat silahdan istifadə etməklə törədilən cinayət hadisələrinin artması ölkədə kriminogen vəziyyətin pisləşməsinin göstəricisidir.

 

O, eyni zamanda qeyd edib ki, deputat Fazil Mustafanın dini məsələlərlə bağlı münasibətini açıq bildirməkdən çəkinməməsi, sosial media üzərindən ona qarşı təhdidlər, hətta sui-qəsd hədələri bu hadisənin sifarişçi və icraçılarının kimliyi barədə şübhələri artırır:

 

“Hadisə baş verdikdən sonra sosial mediada İrana bağlılığı açıq bilinən bəzilərinin bu hadisə barədə şərhləri, ifadə etdikləri sevinc sui-qəsdin arxasında məhz, həmin qüvvələri dayandığını düşünməyə əsas verir. İranın Azərbaycana qarşı açıq təhdidləri fonunda belə şübhələrin yaranması təbiidir”.

 

A.Hacılı hesab edir ki, indi əsas missiya hüquq-mühafizə sisteminin üzərindədir:

 

“Cinayəti törədənlər dərhal tapılaraq cəzalandırılmalı, hadisənin arxasında duran qüvvələrin neytrallaşdırılması üçün gərəkli tədbirlər görülməlidir. Əks halda bu tipli hadisələr daha geniş miqyas alacaq”.

 

  

 

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, məsələnin mahiyyətinə baxanda hadisənin şəxsi zəmində baş vermə ehtimalı görünmür.

 

“Fazil Mustava bir deputat olaraq sadə bir həyat sürən, cəmiyyətin içərisində aktivliyi ilə seçilən və heç kimlə konflikt yaşayaman bir şəxsdir. O, daha çox fikir adamıdır, cəmiyyəti maarifləndirən sistemli yazıları var. Onun fikirləri daha çox cəhalətlə mübarizəyə yönəlikdir. Son illər cəhalətin gəldiyi yeri önə çıxaran fikirlərlə çıxış edir. Ona görə də hadisədə cəhaləti təmsil edən tərəflərin əlinin olması ehtimalı önə çıxır. Bu hadisə Azərbaycanın deputatına qarşı baş verdiyinə görə və eyni zamanda Azərbaycann Millli Təhlükəsizlik günü,  İsraildə səfirliyin açması ərəfəsinə təsadüf etdiyinə görə cinayətdə şübhənin bir izini açır”.

 

Ə.Məmmədli İsraildə səfirliyin açılmamasında İranın daha çox həssaslıq ifadə etdiyini, eyni zamanda Qarabağ müharibəsindən sonra 2020-ci ilin sonundan etibarən İran-Azərbaycan münasibətlərində diplomatik  yanaşmaların tamamilə dəyişməsini, bu ölkənin Azərbaycana yönəlik fiziki, ifadə tərzi olaraq hücumlarını şühəli ehtimalları doğuran səbəblər sırasında qeyd edib:

 

“Hər halda Azərbaycan hüquq mühafizə orqanları çox isti izlərlə məsələni çözməyə çalışacaq. Bundan öncə BRAFO marketdə baş verən cinayət hadisəsi günün sonuna qədər çözülmüşdü”.

 

Azərbaycanda sui-qəsd hadisələrinin yeni olmadığını və müstəqilliyimizin ilk illərində və sonralar çox səs-küylü qətillərin baş verdiyini deyən Ə.Məmmədli, bu sırada Ziya Bünyadovun, Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun, Rail Rzayevin və.s,  eyni zamanda jurnalistlər Elmar Hüseynovun, Rafiq Tağının sui-qəsdlərlə öldürülmələri faktını qeyd edib. Hüquqşünas bildirib ki, həmin cinayətlərin bir çoxunun üstü açılmayıb:

 

“İndi hüquq-mühafizə orqanlarının istifadə elədiyi vasitələrin 30-25 il əvvəl öncəki olmadığını nəzərə alsaq, cinayətkarı daha sürətlə tapmaq imkanı ola bilər. Çünki artıq kifayət qədər elektronik təqib cihazları, biometrik məlumatarı toplayan və analiz edən imkanları var. Bu əlbəttə cinayətkarların müəyyən olunmasını sürətləndirə bilər. Amma ola bilər ki, çox peşəkar təşkil olunmuş aksiyadır və  cinayətkarın tapılması asan olmaya bilər. Ona görə də bütün ehtimallar qiymətləndirilməlidir. Bütün ehtimallar  içərisində zərbələrin gələ biləcəyi tərəflər müəyyən olunmalıdır və yanılmadan, şişirdiləmədən gerçək ortaya çıxarılmalıdır. Fazil bəyə şəfa diləyirik. Hadisənin evinin qarşısında baş verəməsi isə vəziyyəti daha da ağırlaşdırır. Buna rəğmən önləyici tədbirlər də artırılmalıdır”. 

 

 

 

İlahiyatçı Tural İrfan bildirib ki, deputat,  Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı baş verən sui-qəsd, tək Azərbaycana qarşı yox, bütün türk dünyasına, islama qarşı olan bir terror, bəşəriyyətə qarşı yönələn cinayətlər silsiləsinin bir hissəsidir.  

 

T.İrfan bildirib ki, Fazil Mustafanın öz çıxışlarında daha çox kimi tənqid etdiyini, hansı fikirləri söylədiyini araşdıranda ağla gələn ilk izin İranla bağlı olduğu ortaya çıxır:

 

“Fazil bəy, təmkinli, dövlətçi millətçi, eyni zamanda inancımıza, dinimizə sadiq bağlı olan bir insandır, ziyalıdır. O, şəxsi münaqişəsi, daxildə konflikti olan adam deyil. Ona görə də burda  öz agentləri vasitəsi ilə daxilimizdə bizə düşmən yaratmış, eyni zamanda qonşuluqda bizə təhdidlər yaradan, təxribatlar törədən, din pərdəsi altında ölkədə terrorlara cəhd edən İran amili ortaya çıxır. Azərbaycanda Ziya Bünyadova, Rafiq Tağıya qarşı terrorların və başqa cəhdlərin nümunələri var”.

 

İlahiyyatçı hesab edir ki, Tehranda səfirliyimizə qarşı terrorda kalaşnikov avtomatdan istifadə olunması və Fazil Mustafanın da eyni markalı silahdan vurulması hadisələri bir -biri ilə əlaqələndirir. Onun ehtimalına görə, irançı qüvvələr Rusiya istehsalı olan silahdan istifadə etməklə guya Rusiya ilə müttəfiq olduqlarını nümayiş etdirmək mesajını verə bilərlər:

 

“Birmənalı şəkildə hadsənin törədilməsində ilk ağla gələn ehtimal Fazil Mustafanın ölkəni dini xurafata çəkənləri tənqid etməsi, İranın Azərbaycana qarşı mənfur siyasətini tənqid etməsi, müstəqilliyimizin möhkımlənməsinə xidmət etməsi ola bilər. Bu, Azərbaycan dövlətinə qarşı, Fazil Mustafa kimi düşüncədə olanlara qarşı qorxu hissi yaratmaq cəhdləridir. Çünki bir neçə gün əvvəl Yevlax şəhərində Təhlükəsizlik orqanları əməliyyatlar keçirdi və orda da bir çox məmurlara qarşı terorlarlarən planlaşdırıldığı üzə çıxdı. Tutulan şəxslər demişdilər ki, bizi burda gözdağı vermək üçün təşkil edib göndəriblər. Bu, artıq İranın terroru dövlət səviyyətsində həyata keçirməsidir. Onların daxildə xof, xaos, ölkədə iğtişaş məzhəb intiriqaları yaratmaq, nəticədə bulanıq sularda  öz məqsədlərini həyata keçirmək istəkləri var”.

 

Bu gün Azərbaycanın Qarabağ, Zəngəzur məsələsində kəskin addımlarla irəlilədiyini qeyd edən T.İrfan xarici qüvvələrin belə təxribatlarla ölkəmizi hədəfə çatmaqdan yayındırmağa çalışdığını qeyd edib:

 

“Hər halda hadisənin İsraildə səfirliyin açılması, Təhlükəsizlik xidmətinin yubileyi ərəfəsində baş verməsi təsadüfi ola bilməz.  Eləcə də hadisə nəzir qutularının bir idarədən alınıb, dövlət idarəsinə verilməsi ərəfəsində baş verdi. Fazil Mustafa parlamentə çıxış edib demişdi ki, Məscidlərdə, pirlərdə pullar toplanır və onlar xüms zəkat adı ilə İrana göndərilir. O, bu kimi məsələləri yüksək tribunadan səsləndirirdi. Bu da bizdən cənuba axan kanalların qarşısının kəsilməsidir. İran uzun illər Azərbaycanda öz şəbəkəsini qurub. Bunun qarşısı alındıqca  belə hadisələrə səbəbə olur. Amma nə baş verməsindən asılı olmayaraq, Azərbaycana qarşı heç bir ziyan vura bilməyəcəklər.  Çünki bu hadisə baş verəndən bu yana iqtidarlı müxalifətli cəmiyyət birlik nümayiş edərək hadisəni pisləyir. Ancaq bir sürü İran agenturası saxta profillərlə sosial şəbəkələrdə özlərini ifşa edirlər. Təhlükəszilik Orqanları daxildə ölkənizi zəhərləyən, terror təhdidləri altında saxlayan İranın şəbəkəsini yerli dibli məhv etməlidir.

Sui-qəsdi qətiyyətlə pisləyir, onun təşkilatçılarını lənətləyirik. Ümidvarıq ki, hadisəni törədənlər və onun arxasında duran qüvvələr ədalət məhkəməsi qarşısında cavab verəcək, məsələ hüquqi, siyasi qiymətini alacaq”.

  

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR