Evə taksi ilə gəldiyi üçün döyülən qadın

07:20 04-04-2023 | icon 268 | Hadisə
Evə taksi ilə gəldiyi üçün döyülən qadın

“Uşaqlar gözümü necə çıxardığını gördülər”

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvar ayında yaşadığı evdə arvadına yumruq vuraraq gözünü çıxaran Ağdaş rayon sakini 1974-cü il təvəllüdlü Elxan Nəbiyevin məhkəməsi keçirilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həyat yoldaşına ağır xəsarət yetirən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham edilib.

 

Məhkəmə prosesində bildirilib ki, E.Nəbiyev L.Nəbiyeva ilə 16 il əvvəl ailə həyatı qurub. Onların münasibəti normal olub. Hadisədən əvvəl L.Nəbiyeva gəlini ilə birlikdə Sumqayıtda yaşayan və xəstəlikdən əziyyət çəkən qardaşını ziyarət etmək üçün onlara gedib. Elxan zəng edərək maşınla onları evə gətirməyi təklif edib. Lakin qadın həyat yoldaşına tələsməməyini bildirib və özlərinin qayıdacağını deyib. Bir neçə saat sonra L.Nəbiyeva gəlini ilə birgə Xəzər bağları massivində kirayə yaşadığı evə qayıdıb. Elxan ona irad bildirərək niyə taksi ilə qayıtdığını deyib və yumruqla göz nahiyəsinə zərbə endirib. Bu zaman qadının gözündən qan axmağa başlayıb və o, sol gözünün görmə qabiliyyətini tamamilə itirib.

 

Məhkəmədə dövlət ittihamçısının suallarını cavablandıran L.Nəbiyeva bunları deyib: 

 

“Hadisə vaxtı gəlinim bizi ayırmağa çalışırdı, uşaqlar isə ağlayırdı. Uşaqlar gözümü necə çıxardığını gördülər. Elxan bu hadisədən əvvəl də məni döyüb. Bu səbəbdən də ondan boşanmışam və şikayətçiyəm”.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nəbiyevə 6 il müddətinə həbs cəzası verilib.

 

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən E.Nəbiyev məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ