Roma Papası 12 məhkumun ayaqlarını yudu

09:37 07-04-2023 | icon 267 | Maraqlı
Roma Papası 12 məhkumun ayaqlarını yudu

Papa Fransisk katoliklərin aprelin 9-da qeyd etdiyi Pasxa bayramı öncəsi müqəddəs cümə axşamı həbsxanada müxtəlif millətlərdən olan 12 məhbusun ayaqlarını yuyub.

 

Pontifik Roma yaxınlığında yerləşən “Casal del Marmo” adlı yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya baş çəkib. O, həvarilərin ayaqlarını yuyan İsa Məsihdən nümunə götürərək ənənəvi ayini həyata keçirib.

 

“İsa ürəyimizdə olanı bilir, bizi olduğumuz kimi sevir və hər birimizin ayağını yuyur. İsa heç vaxt zəifliklərimizdən qorxmur, əlimizdən tutmaq istəyir ki, həyat bizim üçün o qədər də çətin olmasın”, - Fransisk deyib.

 

 

Qeyd edək ki, Roma Katolik Kilsəsinin başçısı kimi Fransisk ənənəvi olaraq doğma Buenos-Ayresdə başladığı ənənəni davam etdirir və həbsxanalara baş çəkərək məhbusların ayaqlarını yuyur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək