Yeniyetmə cüdoçularımız komanda hesabında birinci yeri tutublar

06:58 10-04-2023 | icon 208 | İdman
Yeniyetmə cüdoçularımız komanda hesabında birinci yeri tutublar

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

 

Cüdo Federasiyasındın verilən məlumata görə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.

 

İdmançılar turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

 

Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandanın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

 

73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq