İnsan orqanizmi həmişə unikallığı ilə təəccübləndirib. Çox insanlar bədənlərini, əzaları yaxşı tanımır.
Versus.Az Medcina.az-a istinadən insan anatomiyasının ən maraqlı faktlarını təqdim edir.
• Bədənin qan tədarükü olmayan yeganə hissəsi gözün buynuz qişasıdır. O, oksigeni birbaşa havadan alır.
• İnsan beyninin tutumu 4 terabaytdan çoxdur.
• Asqırdığınız zaman bütün bədən funksiyaları, hətta ürək də bir anlıq dayanır.
• Beyindən gələn sinir impulsu 274 km/saat sürətlə hərəkət edir.
• Bir insan beyni bir gündə dünyadaki bütün telefonlardan daha çox elektrik impulsları yaradır.
• İnsan ürəyi həyatı boyu 182 milyon litr qan vurur.
• Siz bu cümləni oxuyarkən bədəninizdəki 50.000 hüceyrə ölür və yeniləri ilə əvəz olunur.
• Döl 3 aylıq olarkən barmaq izi əmələ gəlir.
• Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.
• Sağ əlli insanlar solaxaylardan orta hesabla 9 il daha çox yaşayırlar.
• İnsanların təxminən 2/3-ü öpüşərkən başlarını sağa əyir.
• İnsan yuxularının 90%-ni unudur.
• İnsan bədənindəki qan damarlarının ümumi uzunluğu təxminən 100.000 kilometrdir.
• Ömrünün sonuna qədər insan orta hesabla 150 trilyon bit məlumatı xatırlayır.
• Bədən istiliyi 80% başdan itirilir.
• Utanıb qzardığınız zaman mədəniz də qırmızı olur.
• Susuzluq hissi bədən çəkisinin 1%-nə bərabər su itkisi ilə özünü göstərir. 5%-dən çox itki huşunu itirməyə, 10%-dən çoxu isə ölümə səbəb ola bilər.
• İnsan orqanizmində ən azı 700 ferment işləyir.
• İnsanlar arxası üstə yatan yeganə canlıdır.
• Orta hesabla 4 yaşlı uşaq gündə 450 sual verir.
• İnsanlardan başqa, koalaların da unikal barmaq izləri var.