Qarğıdalı saçaqlarının inanılmaz faydaları

12:30 13-04-2023 | icon 285 | Sağlamlıq
Qarğıdalı saçaqlarının inanılmaz faydaları

Qarğıdalı hər kəsin sevdiyi qidadır. Qoxusu və dadı ilə hər kəsin ağız dadına uyğundur. Xüsusilə yay aylarında qaynadılmış qarğıdalı konserv kimi salatlarda da istifadə edilə bilər.


Qarğıdalı əsrlər boyu Çin tibbində istifadə olunub. Çox vaxt qarğıdalı saçaqlarını ayıraraq zibil qutusuna atırıq. Lakin bu saçaqlar xəstəliklərlə mübarizədə çox güclü təsirə malikdir.
 
 
Qarğıdalı saçaqlarının sağlamlığa faydalarını təqdim edirik.
 
 
Qarğıdalı saçaqlarını dəmləyib içmək çox xeyirdir. Bununla immuniteti gücləndirə, orqanizmi xəstəliklərdən qoruya bilərsiniz.
 
 
Eyni zamanda, həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bağırsaqları işlədən bu çay qəbizlik problemini də aradan qaldırır.
 
 
Qarğıdalı çayı, revmatizm və sümük xəstəliklərinə də yaxşı təsir göstərir. Rahatlaşdırıcı təsiri ilə bədəni stressdən azad edir. Sakitlik verir.
 
 
Qarğıdalı saçağında çoxlu C və K vitaminləri var. Zəngin kalium və antioksidant mənbəyidir.
 
 
Dəri və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Belə nəticə əldə etmək üçün qarğıdaı saçağını qaynadıb suyunu soyuducuya qoyun. Vaxtaşırı dərinizi onunla masaj edin.
 
 
Həmçinin, saçın təbii nəmini qorumağa kömək edir və qırılmasının qarşısını alır. Saç tökülməsini dayandırır. Bunun üçün hazırladığınız çayı saçınıza çəkib bir müddət saxlayın. /bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq