Bəşəriyyətdə ən qorxunc hadisələrin baş verdiyi il

08:34 13-04-2023 | icon 324 | Maraqlı
Bəşəriyyətdə ən qorxunc hadisələrin baş verdiyi il

Son 2500 il ərzində bəşəriyyət tarixində bir çox təbii fəlakətlər baş verib ki, bəzi bölgələri hətta tam olaraq Yer üzündən silib. Lakin bəşəriyyət üçün ən dəhşətli il eramızın 536-cı ili olub.

 

Bu barədə Harvard Universitetinin alimləri açıqlama veriblər.

O zaman Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsi 18 ay alaqaranlıqda yaşayıb. Günəş Ay kimi işıq saçıb. Temperatur 1,5-2,5 dərəcəyə düşüb və son 2,5 min ilin ən soyuq onilliyi yaşanıb.

 

Bu dövr qlobal iqlim dəyişikliyinin başlanğıcı, həmçinin sonrakı əsrlərin bütün kataklizmlərinin və epidemiyalarının səbəbi olub. Bu fəlakət aclıq, vəba və Şərqi Roma İmperiyasının süqutu ilə nəticələnib.

 

 

Alimlər daha iki dəhşətli kataklizmdən bəhs ediblər. 1201-ci ildə Suriyada baş verən zəlzələ misligörünməmiş dağıntılara səbəb olub. Nəticədə Ölü dənizin dibi boyunca parçalanma baş verib və təxminən 1,1 milyon insan həlak olub.

 

1931-ci il avqustun 25-də Böyük Çin daşqını nəticəsində 200 minə yaxın insan boğularaq həyatını itirib. Daha sonra vəba xəstəliyi yayılıb, aclıq səbəbindən uşaqların öldürülməsi və hannibalizm (adam yemək) halları baş qaldırıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...