"Sərhədləri Avropadan gələn casus şəbəkəsi pozub"

12:14 25-04-2023 | icon 143 | Siyasət
"Sərhədləri Avropadan gələn casus şəbəkəsi pozub"

“Azərbaycanın Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsini qurması 44 günlük Zəfər müharibəsinin, ardınca Ağdam, Kəlbəcər, Laçının azad olunmasının, İranla sərhədlərin bərpasının, daha sonra Fərrux yüksəkliyinin, Zabux yolunun, 12-14 sentyabrda qazanılan yüksəkliklərin və 11 apreldə möhkəmlənən mövqelərin nəticəsində Vətənin sərhədlərini düşmənə və dünyaya göstərən vahid siyasətin tərkib hissəsidir”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında bildirib.

 

O, vurğulayıb ki, Ermənistan üçtərəfli razılaşmanın pozulduğunu, Rusiyanın məsuliyyət zonasının ləğv olunduğunu və Bakının Moskva ilə gizli razılaşaraq ermənilərə zərbə vurduğunu iddia edir. Halbuki Ermənistanın sərhəd bütövlüyünü Azərbaycan deyil, Avropa Birliyindən gələn silahlı-silahsız məxfi qruplar və casus şəbəkəsi pozub:

 

"Sərhədlərini Gümrüdə Rusiya ordusuna, cənubda İranın silahlı qüvvələrinə və Göyçə dağlarında fransız jandarmasına təslim edən bir dövlət gərək toxunulmazlıqdan danışmasın. Türkiyə ilə sərhəddə inşa etdiyi yeni buraxılış məntəqəsi göstərir ki, İrəvana ən təhlükəsiz ölkələr Azərbaycan və Türkiyədir. Əgər Xankəndidə yaşayan ermənilər konstitusiyamıza uyğun davransalar, tək bir yoldan deyil, eləcə də Zəngilan, Qazax, Kəlbəcər və ya Naxçıvan buraxılış məntəqəsindən də keçib gedə bilərlər. Yol bir deyil, yetər ki, Azərbaycanın bütövlüyünü tanıyasan. Nəzarət məntəqəsinin yaradılması Xankəndidəki hərbi kontraktiklərin sürətlə bölgəni tərk etməsinə və gələn kriminal pulların qarşısını alacaq”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə ÇEVRİLDİ