Qorxulu xəstəliklə bağlı XƏBƏRDARLIQ
Rusiyada difteriya infeksiyası geri qayıdıb, əhalidə bu xəstəliyə qarşı kütləvi immunitetin səviyyəsi getdikcə aşağı düşür.
Bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhalinin kütləvi peyvəndlənməsi ötən əsrin 30-40-cı illərində aparılıb. Həmin vaxt təhlükəli xəstəliyin kökü demək olar ki, tamamilə kəsilib. Ancaq sonralar Rusiyada və MDB ölkələrində bu profilaktik tədbirlərə o qədər də ciddi riayət edilmədi, bu da insidentin artmasına səbəb olub.
“Hazırda Novosibirskdə difteriya epidemiyası getdikcə daha çox müşahidə olunur”, - deyə Myasnikov xəbərdarlıq edib.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"