“ZƏFƏRİ NURLANDIRAN NURLAN” - KİTAB TƏQDİMATI

13:10 22-05-2023 | icon 2460 | Ədəbiyyat
“ZƏFƏRİ NURLANDIRAN NURLAN” - KİTAB TƏQDİMATI

Mayın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında Vətən müharibəsi Şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənovun mövlud günü və Sevindik Nəsiboğlunun şəhidimizə həsr etdiyi “Zəfəri Nurlandıran Nurlan” adlı kitabının təqdimatı keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Şuşa RİH-in başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbərliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli, “Zəfər Yolu” İB-in üzvləri, şəhid ailələri, qazilər, şuşalılar, media nümayəndələri, Şuşa musiqi məktəbinin şagirdləri, şairlər və digər nümayəndələr iştirak ediblər.

 

Tədbirin təşkilatçısı və aparıcısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Arzu xanım Əliyeva tədbiri açıq elan etdi. Dövlət himnimiz səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Şuşa RİH başçısının müavini Vüsalə xanım Fətəliyeva kitab haqqında, şəhidlərimiz haqqında çıxış etdi və gənc yazara təşəkkür edib ədəbi fəaliyyətində uğurlar arzuladı. Sonra şəhidimizin valideynləri - anası Həqiqət xanıma və atası Nadir müəllimə söz verildi. Onlar övladlarının həyatı və şəhidliyə gedən yolundan danışdı, tədbirin təşkilinə görə əməyi keçənlərə minnətdarlıq edib gənc yazar Sevindik Nəsiboğluna təşəkkürlərini bildirdilər. Tədbir iştirakçılarına Nurlanın ailəsi, qızı və oğlu ilə olan xoş anlarına, anasının xatirələrinə və Nurlanın məktəbli olarkən fəal vətənpərvər çıxışlarına həsr olunmuş videoçarxlar nümayiş olundu. Tədbirdə duyğulu anlar yaşandı. Şəhidimizin qızı Nurgül Həsənova çıxışında atası ilə fəxr etdiyini və bütün şəhidlərə Allahdan rəhmət dilədiyini söylədi. Şairə Kəmalə xanım Abiyeva öz çıxışında Qarabağa, şəhidlərə, Şuşaya həsr etdiyi şeirlərlə bağlı məlumat verdi, onun sözlərinə musiqi bəstələmiş bəstəkar Gülşən xanıma təşəkkür etdi.
Çıxış edənlər və şəhidin valideynləri “Zəfəri nurlandıran Nurlan” adlı kitabın müəllifi Sevindik Nəsiboğluna gələcək ədəbi fəaliyyətində uğurlar arzulamaqla yanaşı fədakar əməyinə görə minnətdarlıqlarını bildirdilər. Şəhidimizin ailəsi müəllifə xüsusi xatirə hədiyyəsi təqdim etdi. Həmçinin tədbirin aparıcısı Arzu xanım isə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin (DAVİB) Fəxri Fərmanını müəllifə təqdim etdi.


Şəhidimizə həsr olunmuş və təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” adlı kitab tədbir iştirakçılarına hədiyyə edildi və sonda xatirə şəkilləri çəkdirildi.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI