“5 qəpik də verməyəcəm”
İbrahim Tatlısəsdən yanğına görə ondan pul istəyənlərə sərt cavab
Türkiyəni İzmir şəhərində Folkart şəhərciyində aprel ayında güclü yanğın baş verib. Həmin vaxt evləri məhv olanlar arasında məşhur türkiyəli müğənni İbrahim Tatlısesin də adı olub. Daha böyük fəlakətin qarşısı isə Tatlısesin evdə olmaması ilə alınıb.
Aylar sonra məşhur müğənni yanğınla bağlı paylaşım edib.
O, kompleksi tikənlərə üsyan edib:
“Hər kəs “keçmiş olsun, eviniz yandı” deyir. Mən də deyirəm ki, tək evimiz yansaydı, yaxşı idi. Mənim 45 il ərzində aldığım mükafatlarım yandı. Şəhərciyi tikənlər günahkar olduqları halda, ev sahiblərindən necə pul almağın dərdindədirlər! Beş qəpik də verməyəcəyəm”.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...