Ronaldu doğulmaya bilərdi
Anası hamilə olarkən abort etdirmək istəyib
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu doğulmaya bilərdi.
Bu barədə futbolçunun bacısı Katya Aveyro sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, anası ona hamilə olarkən abort etməyi planlaşdırıb.
“Kristianu anadan olmamalı olduğu halda dünyaya gəldi. Anam Doloreş bu uşağı dünyaya gətirmək istəmirdi. Yemək az idi, çox güc sərf edilirdi. Doloreş abort etmək istəyirdi. Amma nəsə son anda ona mane oldu və bu uşaq dünyaya gəldi. Doloreş bu qərarı 39 il əvvəl hər şeyə və hamıya qarşı çıxaraq verib və uşaq dünyaya gəlib”.
Xəbər lenti
Füzuliyə qayıdış davam edir
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür