Millimizin sabiq futbolçusu karyerasını başa vurdu
Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bitirib.
Paytaxt klubunun yaydığı məlumata görə, son 5 mövsümü “Səbail”də keçirmiş yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb.
Hazırda veteran oyunçunun karyerasını Bakı klubunda digər ampluada davam etdirməsi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si “dənizçilər”in payına düşür.
Xəbər lenti
Füzuliyə qayıdış davam edir
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür