Gədəbəy insidentinin təşkilində keçmiş simaların izi

21:18 23-06-2023 | icon 331 | Siyasət
Gədəbəy insidentinin təşkilində keçmiş simaların izi

Elman Nəsirov: “İnsidentdə keçmiş icra başçısı və keçmiş deputatın adı çəkilir”

 

“Gədəbəyin Söyüdlü kəndində baş verən hadisə birdən -birə baş verməyib. Proseslər təşviq olunur, idarə olunur”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Elman Nəsirov Gədəbəyin söyüdlü kəndində camaatla, polis arasında yaranan insidetlə bağlı bildirib.

 

Deputat bu gün sosial şəbəkələrdə hadisənin birdən-birə baş verməsi ilə bağlı yazırların yanlışlığını bir neçə faktla qeyd edib.

 

O bildirib ki, hadisədən bir müddət əvvəl Rusiyadan Gədəbəyə Aqil Allahverduyev və Etibar Cabbarov adlı şəxslər gələrək, camaatı ayağa qaldırmaq üçün vəsait toplayıblar.

 

E.Nəsirov Gədəbəy insidentində prosesə keçmiş icra başçısı Saleh Rüstəmov, keçmiş deputat Nazim Məmmədovun adının çəkildiyini deyib:

 

“İstintaqın gedişatında digər şəxslərin də adı hallanır. Bütün bunlar hamsı məqsədli şəkildə baş verib. Sakinləri təxribatlara cəlb ediblər. Üstəlik Azərbaycan polisi ilə bağlı sosial şəbəklərədə təhqiramiz ifadələrə yol verilib. Əgər bir nəfər qaydanı pozubsa, Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün öz nümayəndələrini əraziyə göndərib. İnsidentin yaranma səbəbləri araşdırılır”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq