Digah qəsəbəsində 4 nəfəri yaraladı, ikisi öldü
Xəbər verildiyi kimi, iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, bu gün, xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Pəri
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"