Xalq artisti Aygün Kazımova özünün “Ya i tı” mahnısını yeni aranjimanda, “Ay və Gün” adı ilə “Magnum”un qapalı yay tədbirində ilk dəfə təqdim edib.
Tədbir “Magnum”un iki yeni dadı - “Sunlover” və “Starchaser” dondurmalarının konseptində keçirilib. Bu ikiqat yenilik bir-birinə zidd olan duallıq üzərində qurulub. Kokos parçaları və manqo sousunu özündə birləşdirən nəfis “Double Sunlover” enerji dolu günəş aşiqlərinə həsr olunub. Karamel və popkornlu “Double Starchaser” isə gecə əyləncələrindən həzz alanlar üçündür.
Tədbirə gələn qonaqlar da geyimlərini “Starchaser” və “Sunlover” konseptinə uyğun seçmişdilər. Gecənin əyləncə fəaliyyətlərinə isə fotozona, “face art” və tatu ustaları, hətta “Sunlover” və “Starchaser” kartları ilə qonaqların qəlbini oxuyan falçı da daxil idi.
“Unilever”in “Magnum” üzrə təmsilçilərinin çıxışından sonra gecənin əsas ulduzu Aygün Kazımova “Ay və Gün” mahnısını ilk dəfə qonaqlar üçün ifa etdi. Tədbirin birinci yarısında “Sunlover” libasında çıxış edən Aygün xanım gecənin ikinci yarısında səhnədə “Starchaser” geyimi ilə möhtəşəm performans göstərdi. Gecənin qonaqları arasından da ən yaxşı “Sunlover” və “Starchaser” geyimində olanlara hədiyyələr verildi.
Aygün Kazımova mahnının yeni versiyasından əlavə istedadlı DJ-lər tərəfindən üç remiksin hazırlandığını bildirdi. DJ TIM, Maya Aziz və Vugarixx öz tərzlərində hazırladıqları remikslərini möhtəşəm gecədə təqdim etdilər.
Tədbirdə Aygün Kazımovanın “TikTok” səhifəsində keçirdiyi müsabiqənin qaliblərinə də hədiyyələr verildi. “Magnum-un səsi” müsabiqəsində iştirak edənlər Aygün Kazımovanın “Ay və Gün” mahnısını “TikTok”da “Magnum”un kağızı, çubuğu, hətta özü ilə müxtəlif səslər yaradaraq duet etməli idilər. Qaliblərin yaratdığı səslər hazırlanan remikslərdə istifadə olunub.
“Magnum” müxtəlif müsabiqələr keçirməyə davam edir. “Magnum”un “Instagram” səhifəsindəki filtrdə duallığın balansını tapın, “Starchaser” və “Sunlover” həzzini pulsuz yaşayın! Müsabiqə şərtləri ilə yaxından tanış olmaq üçün aşağıdakı linkə keçid edin: https://www.instagram.com/p/CuRrpiaqpgW/