MHB-dən Azərbaycan kinosu günü TƏBRİKİ

21:19 01-08-2023 | icon 284 | Cəmiyyət
MHB-dən Azərbaycan kinosu günü TƏBRİKİ

Müstəqil Həmkarlar Birliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkəmizin kino ictimaiyyətini təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayan Azərbaycan kinosunun bu il 125 yaşı tamam olur. Bu sənətin tarixi bir o qədər qədim olmasa da, keçdiyi yol keşməkeşlidir. İnkişaf mərhələsi keçən əsrin ortalarına təsadüf edən Azərbaycan kinosu qısa müddətdə uğur qazanıb.

 

Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formada olub. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı Azərbaycanda kinonun yaranmasına kömək edən amillərdən idi. 1898-1935-ci illərdə həm sənədli, həm də bədii filmlər yaradıldı. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikalı filmlər nümayiş etdirilib.

 

1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunaraq kinomuza bugün də dünya şöhrəti gətirir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir, bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” bədii filmi ekranlaşdırılır.

 

Azərbaycan kinosunun inkişaf mərhələsi 90-ci illərə gədər təsədüf edib.

Azərbaycan kinosunun inkişafı istiqamətində müəyyən işlər görülməkdə davam edir. Görülən işlər arasında yeni nəslin Azərbaycan kinosuna gətirildiyini, eyni zamanda, son illər 100-ə yaxın gəncin “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarıldığını qeyd etmək olar.  Onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları yetişdi.

 

Müstəqil Həmkarlar Birliyi olaraq  Azərbaycan kinosunun gələcəyinin parlaq olacağını düşünürük. Azərbaycan kinosunun gələcəyinə işıqlıdır.

Müstəqil Həmkarlar Birliyi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsində adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır.

 

AYSEL
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq