Aliment verməyənlərin adları reyestrə salına bilər

07:31 07-08-2023 | icon 177 | Cəmiyyət
Aliment verməyənlərin adları reyestrə salına bilər

“Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir”.

 

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.

 

Deputatın sözlərinə görə, problemin aradan qaldırılması üçün Aliment Fondu yaradılmalı və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

 

H.Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbs olunması ilə problemi çözmək mümkün deyil:

 

“Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidirlər. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Aliment ödəməkdən imtina edən şəxslərin reyestrinin yaradılmasını təklif edirəm”.

 

Millət vəkili əlavə edib ki, məsələ yenidən parlamentdə müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində müzakirə olunsa da, indiyə qədər fondun yaradılması müsbət həllini tapmayıb.

 

Daha ətraflı videomaterialda:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq