Mənəvi təzminat qanunla necə müəyyən olunur:

12:13 07-08-2023 | icon 3553 | Araşdırma
Mənəvi təzminat qanunla necə müəyyən olunur:

 

Azərbaycanda Mənəvi Təzminatın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının hansı qanuni bazaya söykənərək tətbiqi, həll edilməsi ilə bağlı məsələlər birmənalı deyil. Qanunla mənəvi təzminatın istənilməsi haqqı zərərçəkənin- iddiaçının öz öhtəsinə verilir, digər bir tərəfdən  sarsıntının ölçülməsi hakimin subyektiv ədalətinə buraxılır. Amma qanunla hansı halların mənəvi zərərə daxil edilməsi, yaxud hansı sarsıntılara görə nə qədər təzminatın tələb olunması göstərilmir. Ona görə də narazılıqlar var ki, mənəvi təzminatin həcmi azdır, yaxud “allahın ümidinə” buraxılıb. Əgər belə tələb və narazılıq varsa, o zaman Qanun mənəvi zərərin təyini, ödənilməsi ilə bağlı nə təklif edir, hansı zərərə görə təzminat maksimum nə qədər nəzərdə tutulmalıdır. Mənəvi təzminat və onun ödənilməsi ilə bağlı qanunvericilik nə deyir və hansı dəyisikliklərə ehtiyac var. Eləcə də xüsusən pandemiya zamanı yazılan cərimələrdən cərimə aministiyasinin tətbiqi mümkündürmü.

 Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan qanunvericiliyində “təzminat”  yox, kompensasiya ifadəsi var. Mülki Məcəllənin 21-22-ci maddəsində göstərilir ki, vətəndaş məhkəməyə müraciət edib məhkəmə qaydasında kompensasiya tələb edə bilər.

 

Deputat eyni zamanda bildirib ki, şərəf və ləyaqətin ləkələnməsinə görə nə qədər təzminatın ödənilməsini hüquq tənzimləyə bilmir.  Sarsıntısnı heç bir qanun ölçə bilmədiyi üçün qanunvericilik mənəvi təzminatı tənzimləyə bilməz. Bu məsələ hüquqi istiqamət olsa da, hüquqla tənzimlənən məsələ deyil.

 

Deputat eyni zamanda mənəvi təzminat tələbi, məhkəmələrdə təzminatın ödənilməsi ilə bağlı mətbatda kifayət qədər faktların olduğunu deyib. O, Türkiyə təcrübəsində mənəvi zərərə görə hətta 1 lirə mənəvi təzminat tələbinin qoyulmasını da təsadüfən qeyd etməyib.  

 

“Qanun təzminatın məbləğini məhkəmə qaydasında təyin eləməyin ümumi əsaslarını müəyyən edib. İddiaçı  məhkəməyə ona vurulan mənəvi ziyanın ölçüsünün dərəcəsini sübut eləməlidir.

Kimsə hansı əməli ilə başqasını mənəvi sarsıntıya məruz qoyursa,  gedib bu barədə iddia qaldırıb təzminat istəyə bilər. Hakim də şəxsin iddiası əsasında ağlabtan təzminat tələb etmək hüququna malikdir”. 

 

Bir çox espertlər hesab edir ki, burada məhkəmə və iddiaçı, qarşı tərəfin hansı sübutları məhəməyə təqdim edib onu nə dərəcədə inandıra bilməsi, yaxud hakimin tərəflərə qarşı subyektiv olaraq nə dərəcədə ədalətli ola biləcəyi şübhəli ehtimalları ortaya çıxarmaqla, burda boşluqların mövcudluğunu ortaya çıxarır.

Deputat isə burada hər hansı bir boşluğun olmadığını bildirib.

 

 

“Burada hər hansı boşluqdan söz gedə bilməz. Məhkəmə qanuna deyil, şəxsin özünün iddiasına əsaslanaraq cərimə təyin edəcək. Məhkəmə ağlabatanlıq prinsipi əsasında hərəkət edir. Ona görə də burda bir boşluq yoxdur. Dünyanın elə bir ölkəsi yoxdur ki, mənəvi təzminat üçün qanunla məbləğ təyin etsin. Qanun bizə deyir ki, hakim qanunlara, daxili inama əsaslanır.

 

O ki qaldı Pandemya ilə bağlı cərimələrə, deputat bunun Milli Məclisdə  təyin edilmədiyini deyib.

 

“Cərimlərin nə qədər olması ilə bağlı statistika yoxdur. Amma hansı cərimə götürüləcəksə, açıq qalacaqsa,  bu da adiyyatı strukturların məsələsidir”.

  

“Mənəvi zərərin ödənilməsi Mülki Məcəllədə dəqiqləşdirilməlidir”

 

Hüquqşünas, BDU-nin baş müəllimi Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı açıqlamasında mənəvi təzminatla bağlı qanunda dəyişikliklərin olmasını və qanunla bir çox məsələlərin nizamlanmasına ehtiyac duyulduğunu bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda mənəvi zərərə görə konpensasiyanın ödənilməsi qaydası və şərtləri Mülki qanunvericiliklə tənzimlənir.  Mülki Məcəllədə “mülki hüquqi dəlikərdən irəli gələn məsuliyyət məsələsinə” həsr olunmuş ayrıca bir fəsil var. Orda həm maddi, həm də mənəvi zərərin ödənilməsi məsələləri öz əksini tapıb. 

 

Hüquqşünas qeyd edib ki, qüvvədə olan qanunvericilikdə mənəvi zərərin nə minimum, nə də maksimum həcmi müyyn olunmayıb.  Lakin Ali Məhkəmənin plenimunun bir qərarı var və orada məhkəmələrə tövsiyə edir ki, mənəvi zərərin miqdarını müəyyənləşdirərkən, birinci növbədə şəxs öz iddiasında mənəvi zərərin miqdarını göstərməlidir. 

 

“Amma iddiada göstərilən miqdar məhkəmə üçün məcburi deyil.  Məhkəmə özü konkret işin hallarndan asılı olaraq mənəvi zərərin miqdarını müəyyən edə bilər. Bu zaman qeyri-qanuni hərəkət zamanı şəxsə vurulmuş  mənəvi istirabların, sarsıntıların və digər halların çoxluğu, azlığı, dərəcəsi nəzərə alınır və məhkəmə bu məsələ ilə bağlı qərar qəbul edir. Yəni bu, konkret iş üzrə işin hallarından asılı olaraq şəxsin keçirdtiyi mənəvi istirabların məhkəmə tərəfindən qiymətləndirilməsidir.  Bu qiymətləndirmə hər bir hakim tərəfindən subyektiv aparılır və hər bir hakimin meyyarları qanunla, məhkəmə təcrübəsi ilə dəqiq müəyyən olunmayıb”.

 

Ona görə Q.Əlibəyli mənəvi zərərin maksimum nə qədər olması ilə bağlı elə bir məlumatın olmadığını deyib.

 

Q.Əlibəyli hesab edir ki, mənəvi zərərin ödənilməsi Mülki Məcəllədə dəqiqləşdirilməlidir. Mənəvi təzminatın hansı hallarda, necə  ödənilməsi şərtləri müəyyən edilməlidir.

 

“Düzdür Ali Məhkəmənin qərarında bunlar var. Amma sarsıntı, istirabın nə olduğu, onun cəriməsinin nə qədər olduğu qanunda şərtlər daxilində göstərilsəydi, daha yaxşı olardı”.

 

Q.Əlibəyli Pandemiya dövründə baş verən inzibatı xətalarla bağlı cəimələr qanunvericiliyə görə 5 il müddətində ödənilmirsə, daha ödənilməyəcək.

 

“Hər halda 5-il keçməyib. Həmin dövrdə olan şəraiti nəzərə alaraq ödnilməmiş cərimələr barədə amnistiya tətbiq elmək olar. Hazırda bir çox ölkələrdə pandemiya dövründəki qaydaların pozulmasına görə tətbiq olunan cərimələrin amnistiya olunması təcrübəsi mövcuddur və Azərbaycan da bu təcrübədən yararlana bilər. Amma Azərbaycan cərimələrin yüksəldilməsi istiqmətində xətt götürüb.  Sanki dövlət büdcəsini cərimələrlə doldurmaq istəyirlər”.(hafta.az)

  

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR