Spikerdən HƏDƏ

11:31 08-08-2023 | icon 211 | Dünya
Spikerdən HƏDƏ

"Zelenskini Saakaşvilinin aqibəti gözləyir"

 

Vaşinqton və Brüssel marionetlərinin taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbədə Zelenskidir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb:

 

“2008-ci il avqustun 8-də Saakaşvili Cənubi Osetiyaya xain hücum əmri verdi. Rusiya mülki insanları qorudu. Saakaşvili hakimiyyətinin lap əvvəlindən rusofob mövqedə idi. O, Avropa Birliyi və NATO tərəfindən dəstəklənib, maliyyələşdirilib, silahlarla təmin edilib və orduya təlim keçib. Eyni şey sonradan Ukraynada da baş verdi”.

 

Onun fikrincə, "Qərbə lazımsız olduğu ortaya çıxan" Mixail Saakaşvili vətənində mühakimə olunub. Spiker Zelesnkinin də eyni aqibəti gözlədiyini vurğulayıb:

 

“İndi o, Gürcüstanda prezidentlik dövründə törətdiyi cinayətlərə görə cəza çəkir. Tarix təkrarlanır, amma indi Zelenski ilə. Onsuz da Qərb ondan və Kiyev rejimindən bezib. Onun nankorluğu Avropa siyasətinin əsas xüsusiyyətinə çevrildi. Bu, həm Britaniyada, həm də Polşada rəsmi səviyyədə açıq şəkildə bəyan edilir. Saakaşvili ancaq qalstuku çeynəməklə yadda qalıb. O, həbsxanadadır, qovulmuş adamdır. Eyni aqibət Zelenskini də gözləyir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq