Moskvaya PUA hücumu

12:48 21-08-2023 | icon 195 | Dünya
Moskvaya PUA hücumu

Rusiyanın Moskva vilayətində vurulan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının İstra şəhər məhəlləsindəki bağ evinə düşməsi nəticəsində iki nəfər yaralanıb.

 

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün “Telegram” kanalında məlumat verib.

 

“Bu səhər iki pilotsuz təyyarə Moskva vilayətinin qərbində və şimal-qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onlardan birinin qalıqları İstra şəhər dairəsində yerləşən “Dorojnik” bağ evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan bir kişi tibb müəssisəsinə yerləşdirilib, qadın isə xəstəxanaya getməkdən imtina edib. Həmçinin, üç evdə pəncərələr sınıb. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir”, - deyə o qeyd edib.

 

İstra şəhər dairəsinin rəhbəri Tatyana Vituşeva bildirib ki, yaralananlar 56 yaşlı kişi və 77 yaşlı qadındır.

 

Tatyana Vituşeva, həmçinin, sakinlərə hava hücumundan müdafiə sistemlərinin işini əks etdirən görüntüləri paylaşmamağı xahiş edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək