İstədiyini ye və arıqla

12:00 04-09-2023 | icon 184 | Maraqlı
İstədiyini ye və arıqla

Alimlər beyində “sehrli düymə” aşkarlayıblar

 

İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun artıq mümkün ola biləcəyini elan ediblər.

 

Elm adamlarının bu barədə araşdırmalarının nəticələri “IFLScience” jurnalında dərc olunub.

 

Məqalədə qeyd olunub ki, siçanlar üzərində aparılan təcrübə zamanı beyində rasionu dəyişdirmədən əlavə çəkini atmağa kömək edə biləcək bir növ “düymə” aşkar edilib. Eyni təsirlər insanlarda müşahidə olunarsa, bu, standart pəhrizlərlə əlaqəli aclıq və dietik məhdudiyyətlər olmadan çəki idarə etməyə imkan verən yeni müalicələrə səbəb ola bilər.

 

Bədənimiz qidaları emal edir və beyinin lateral hipotalamus (LHA) kimi tanınan sahəsi ətrafında enerji mərkəzləri yaradır. Yağ toxuması adlandırılan bədənimizin yağ ehtiyatlarına siqnal göndərən də məhz odur.

 

Yeni araşdırmada elm adamları siçanlar üzərində təcrübələr vasitəsilə bu prosesin necə getdiyini öyrənməyə çalışıblar. Məlum olub ki, qidayla əlaqədar kökələn siçanların LHA sahəsində GABRA5- müsbət neyronların fəaliyyəti yavaşlayıb.

 

Elm adamları bunu yoxlamaq üçün kimyəvi maddələrlə GABRA5 neyronlarının fəaliyyətini daha da yavaşladıblar. Nəticədə gəmiricilərin çəkisi artmağa davam edib.

 

Bu tapıntı onları əks effekt axtarmağa ruhlandırıb, alimlər GABRA5 neyronlarını aktivləşdirmək qərarına gəlirlər. Bunun üçün isə təsadüf nəticəsində “Neurobiogen biotexnoloji” şirkətinin tamamilə başqa məqsədlə hazırladığı və neyronları aktivləşdirən dərmandan (KDS2010) istifadə ediblər. Nəticədə preparatın təsirindən kök siçanlar qida qəbulunu azaltmadan arıqlamağa başlayıblar.

 

Beləliklə, tədqiqatın müəllifləri rasionu dəyişmədən arıqlamağa imkan verən “düyməni” tapa bildiklərini elan ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək