Vətəndaşlara xəbərdarlıq edildi

07:47 08-09-2023 | icon 191 | Dünya
Vətəndaşlara xəbərdarlıq edildi

Böyük Britaniyada terrorizm ittihamı ilə məhkum edilmiş keçmiş hərbçi həbsxanadan qaçıb.

 

Ölkə səviyyəsində bütün aidiyyəti qurumlar onun axtarışı üçün ayağa qaldırılıb.

 

21 yaşlı Daniel Abid Xəlifə Londondakı “HMP Wandsworth” həbsxanasında məhkəməni gözlədiyi ərəfədə qaçıb. Onun özünü ərzaq daşıyan furqonuna bağlayaraq həbsxana mətbəxindən qaçdığı güman edilir. Bu hadisə səbəbi ilə ölkədə təhlükəsizlik tədbirləri artırılıb. Sərhəd nəzarətindəki fasilələr hava limanlarında və limanlarda gecikmələrə gətirib çıxarıb. 

 

Xəlifənin qaçışından sonra həbsxana rəhbərliyi dərhal məsələ ilə bağlı araşdırmalara başlayıb. London polisi Xəlifənin küçədəki insanlar üçün riskinin çox olduğuna inanmasa da, yenə də ictimaiyyəti ona yaxınlaşmamağa və gördükləri zaman polisə zəng etməyə çağırıb.

 

Məhkəməsi baş tutacaq olan Daniel Abid Xəlifənin düşmən dövlətə işlədiyi iddia edilir. Onun qaçmasının səbəbləri və təhlükəsizlik səviyyəsi aşağı olan həbsxanada saxlanmalı olub-olmaması kimi məsələlər də hadisədən sonra hökumət daxilində müzakirə mövzusu olub.

 

Həbsxana rəsmiləri bildiriblər ki, bu hadisə son illərdə nadir həbsxana qaçışlarından biri kimi diqqət çəkir. Həbsxanadan qaçışlar nadir hallarda baş versə də, bundan sonra İngiltərədə təhlükəsizliklə bağlı narahatlıqlar artıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq