Sirli artefaktın mənşəyi aşkar edilib

08:10 14-09-2023 | icon 189 | Maraqlı
Sirli artefaktın mənşəyi aşkar edilib

Yaşının 240 milyon ildən çox olduğu təsbit edilən daşlaşmış heyvan qalığı uzun müddət Avstraliya Muzeyində saxlanılsa da, elm adamları onun hansı heyvana məxsus olduğunu müəyyən edə bilməyiblər.

 

Heyvanın cəsədinin inanılmaz dərəcədə yaxşı əks olunduğu daş ötən əsrin sonunda yerli karxanada tapılaraq Sidneydəki Avstraliya Muzeyinə təhvil verilib.

 

Qabaqcıl texnologiyaya əsaslanan son araşdırmalar sirli izin uzunluğu təxminən bir metrə çatan tarixdən əvvəlki amfibiya skeletinə aid olduğunu aşkar etməyə imkan verdi.

 

Timsah və salamandranın hibridinə bənzəyən heyvan ilk dinozavrlar ortaya çıxdığı dövrdən əvvəl Yer kürəsində yaşayıb, sonra isə onlarla qonşu olub. Suda-quruda yaşayan heyvan, göründüyünə görə, vaxtının çox hissəsini suda balıq və digər suda yaşayan canlıları ovlamaqla keçirirdi.

 

Yeni heyvan növünə “Arenaerpeton supinatus” adı verilib.

 

Alimlərin sözlərinə görə, qədim heyvanların daşda izlərinin bu dərəcədə yaxşı qorunub saxlanmasına çox nadir hallarda rast gəlinir.

 

“Biz başı bədənində olan skeletlərə elə də tez-tez rast gəlmirik, yumşaq toxumaların qorunub saxlanması isə daha nadir rast gəlinən haldır”, - deyə onlar bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq