“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

11:45 23-09-2023 | icon 428 | Siyasət
“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Adil Əliyev: "Ordumuz 24 saatdan az vaxtda gücünü bir daha dünyaya nümayiş etdirdi"

 

Sentyabrın 19-da Azərbaycanın öz ərazilərində erməni separatçılarına, terrorçularına qarşı apardığı bir günlük antiterror əməliyyatı düşmənə növbəti dərsini verdi. Ermənistan və erməni separatçılarının Qarabağdakı qeyri -qanuni hərbi birləşmlərinin artıq Qarabağı tərk etdiyi, erməni vətəndaşların sülhə gəlmək üçün danışıqlara gəldiyi  barədə malumatlar yayılmaqdadır. Ermənistanın bundan sonra öz dərsini necə öyrənib, ona necə əməl edəcəyi yenə də özünün məsuliyyəti üzərində qalır. Azərbaycan öz sözünü dedi.

 

Bu gün region, keçrilən antiterror əməliyyatı, aparılan danışıqlar və reinteqrasiya prosesində nəyə şahidlik edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Adil Əliyev 19 sentyabrdan baxaraq  27 sentyabr tarixi hadisələrinin əhəmiyətinə diqqət çəkib.

 

- Azərbaycan öz ərazilərində sentyabrın 19-da başladığı antiterror əməliyyatı ilə ən qısa müddətdə nəyə nail ola bildi?

 

- Ermənistanın törətdiyi təxribatlara qarşı ən qısa müddət ərzində rəşadətli ordumuz tərəfindən ən sərt şəkildə cavab verildi və düşmən cəzalandırıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq lokal xarakterli antiterror tədbirlərinə başlayan Azərbaycan Ordusu 24 saatdan az vaxt ərzində gücünü bir daha dünyaya nümayiş etdirdi. Peşəkar əsgər və zabitlərimizin arsenalımıza daxil olan yüksək dəqiqlikli silahlarla sərrast atəşi nəticəsində düşmənin 100-dən çox hərbi təyinatlı obyekti, zirehli maşınları, radioelektron mübarizə vasitələri sıradan çıxarıldı. Məhz ordumuzun qısa müddətdə apardığı uğurlu lokal xarakterli antiterror tədbirləri zamanı uzun müddətdir yalnız müharibə barədə danışanlar Azərbaycanın şərtləri ilə razı olduğunu və reinteqrasiya prosessi üçün görüşmək istədiklərini elan etdilər.

 

- Antiterror əməliyyatını zəruri edən əsas səbəblərə diqqət çəkərdiz, ermənilər nəyə ümid edirdilər və nəhayət nəyi dərk edə bildilər?

 

- Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində Ermənistan məğlub tərəf olaraq kapitulyasiya aktını imzalayıb. Həmin akta əsasən qısa müddətdə qoşunlarının Azərbaycan ərazisindən çıxarılacağını öhdəlik olaraq üzərinə götürüb. Təəssüf ki, daha sonra bu öhdəliyini də icra etməkdən imtina edib, bəzi havadarlarının yalan vədlərinə uyaraq sülh müqaviləsini imzalamaqdan yayındı. Ölkəmizin ərazi bütövlüyünü tanımaqla kifayətlənməyərək, məhz onun ərazisini qeyd edən Ermənistan, kimlərinsə yalan vədlərinə inanaraq revanşist hislərə qapıldı. Müharibədə uduzmasını, aman diləyərək kapitulyasiyanı qəbul etməsini unutdu, ölkəmizin qələbəsini həzm edə bilməyib, terror hadisələri, təxribatlar törətdi.

2021-ci ildə, yəni müharibədən cəmi bir il sonra ölkəsində minalar istehsal etdi, terrorçular tərəfindən həmin minalar işğaldan azad olunmuş Azərbaycan ərazisində yerləşdirildi və nəticədə bu günə qədər 314 nəfər vətəndaşımız həmin minaların qurbanı oldu. Ermənistanın mütəmadi törətdiyi təxribatlar, terror fəaliyyəti antiterror tədbirlərini qacılmaz etdi. Rəşadətli Azərbaycan ordusu lokal xarakterli antiterror tədbirləri zamanı öz peşəkarlığını bir daha nümayiş etdirdi. Əvvəlcədən mülki əhalini xəbərdar etdi, əhalinin hərbi əməliyyatlar aparılacaq ərazidən çıxmasına şərait yaratdı.

Ordunun yeganə hədəfi hərbi obyektlər oldu və bütün döyüşlərdə peşəkarlığı ilə bərabər mənəvi keyfiyyətini ortaya qoyan Azərbaycan ordusu müharibəni humanitar hüququn normalarına uyğun aparması ilə bir daha dünyanın diqqət mərkəzində oldu. Separatçıların mülki əhalinin arasında gizlənməsinə, hərbi obyektləri sivil insanların yaşadığı yerdə yerləşdirməsinə baxmayaraq, mülki insanlara heç bir ziyan yetirilmədi, hətta döyüş mövqelərini tərk edənlərə şərait yaradıldı.

Məhz sentyabrın 20-də əldə olunan  razılaşmadan sentyabrın 21-də  Qarabağın erməni icmasının nümayəndələri Yevlax şəhərinə gələrək burada Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən nümayəndəsi ilə görüşdülər və reinteqrasiya prosessi barədə dialoqlara başladılar.

Müzəffər Ali Baş Komandan dünən xalq müraciət edərkən elan etdi ki, erməni xalqı ilə düşmənçiliyimiz yoxdur. Baş vermiş bütün faciələrin günahkarları xunta rejimi, seperatçılar və bu rejimi dəstəkləyənlərdi. Bu gün sadə erməni xalqı ölkə başçısının bu müraciətindən dərs çıxarmalıdır, təkcə Bakıya, digər rayon və şəhərlərimizə deyil, yalnız Qarabağa və Şərqi Zəngəzura baxsalar indiyədək onları idarə edən xuntanın onları saldığı acınacaqlı vəziyyəti, hansı uçuruma apardığını dəqiq görə bilərlər.

               

- Regionda sülhün bərqərar edilməsi, reinteqrasiya erməni əsilli Azərbaycan vətəndaşları üçün hansı əhəmiyyət daşıyır?

 

-Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən 3 ildən az vaxt keçməsinə baxmayaraq, çox qısa müddətdə Şuşada, Füzulidə, Laçında, Zəngilanda və digər ərazilərdəki inkişafı bütün dünya görür. Ermənistanın dövlət büdcəsindən daha artıq məbləğ işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-qurculuq işlərinə sərf olunur. Ermənistanın viran qoyduğu rayon və şəhərlərimiz 3 il əvvəlki vəziyyəti ilə müqayisə olunmaz dərəcədə fərqlənir. İşğaldan azad olunmuş ərazilərdə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları icra edilir. İki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib, 3-cüsünün isə hazırda tikinti işləri davam edir. Elektrik, su təchizatı, avtonəqliyyat da daxil olmaqla bütün infrastruktur yaradılır və uzun illərdən sonra nəfəs gəlir. Bunların qarşısında xunta rejimi ermənilərə aclıqdan, səfalətdən, pis gündən başqa nə verdi?

Öz cinayətkar əməllərinə görə erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayan rejim bəzi havadarlarına xoş göstərmək üçün məhz illərlə Xankəndi sakinlərini girov saxlayaraq zülm etmirdimi? Hər addımda onların beynini yuyur, Azərbaycan barədə mənfi imic yaradırdılar.

Dünya bilir ki, Azərbaycan tarixən çoxmillətli, çoxdinli bir ölkədir, bu ölkədə milli, etnik, dini zəmində heç bir zaman iğtişaş baş verməyib. Dövlət üçün insanların hansı dinə, dilə, xalqa məxsus olmasının bir fərqi yoxdur. Multikulturalizmi ilk dəfə dövlət siyasəti səviyyəsində həyata keçirən Azərbaycanın multikulturalizm modeli həm də dünyaya örnəkdir.

Hazırda Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün tarixi bir andır. Reinteqrasiya prosessində yalnız görüntü yaratmaq məqsədilə deyil, bu prosessi ən qısa reallaşdırmaqla, birgəyaşayışa qayıtmalıdırlar. Ölkə başçısının dünənki çıxışında onları gözləyən xoş mənzərənin anonsunu verərək bildirdi ki, razılıq əldə edildikdən sonra erməni əsilli vətəndaşların təhsil, mədəniyyət, din və başqa hüquqları təmin ediləcəkdir.

Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yaradılacaq genişmiqyaslı abadlıq və quruculuq işlərindən bəhs edərək gələcək xoş günlərin anonsunu verdi. Həm də, revanşist hislərə qapılanlara “Dəmir Yumruğu” göstərərək ölkəmizin hər zaman müharibəyə hazır olmasını bildirdi. Hər nə qədər sülhü dəstəkləyiriksə də, bir o qədər də iradəmizi reallaşdırmaq qüdrətində olduğumuzu bildirdi. Məhz antiterror tədbirləri zamanı ordumuzun döyüş mövqelərini tərk edənlərə atəş açmaması, ölkəmizin sülhün yanında olmasının və dinc şəraitində yaşamaq istəməsinin əyani göstəricisidir.

Ümid edirik ki, bunu artıq etməni xalqı da başa düşür və bu dəfə sülh müqaviləsi bağlanacaq, erməni əsilli vətəndaşların cəmiyyətə reinteqrasiyasına nail olunacaqdır. Məhz onların hüquq və azadlıqlarının Konstitusiya və qanunlar çərcivəsində təmin ediləcəkdir, bağlanmış sülh müqaviləsi ilə Cənubi Qafqaza uzun müddətdən sonra sabitlik yaranacaqdır.

Separatçıların tərk silah edilməsinin, təslim olmasının və uzun müddətdir reinteqrasiya prosesinin qarşısını alan qüvvələrin təqdim olunan şərtləri qəbul edərək dərhal bu prosessə qoşulmağa məcbur edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, “Dəmir Yumruğu” və rəşadətli Azərbaycan Ordusunun şücaətidir.

   

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...